Sürət Hüseynovun qorxusundan stolun altında gizlənən icra başçısı gənc ailənin evini başına uçurdu - VİDEO

Sürət Hüseynovun qorxusundan stolun altında gizlənən icra başçısı gənc ailənin evini başına uçurdu - VİDEO Qarabağ döyüşçüsünün oğlu evinin keçmiş icra başçısı tərəfindən dağıdıldığı deyir. Evi uçurulan Elşad İsmayılov Criminal.az saytına açıqlamasında iki azyaşlı uşağı ilə evsiz qalmasında Gəncə şəhərinin keçmiş icra başçısı Rasim Daşdəmirovu günahlandırdı: ''1998-ci ildən Rasim Daşdəmirovun Novxanı bağlarında yerləşəh torpaq sahəsində tikdiyi evdə yaşayırdım. Mən Rasim Daşdəmirovun bağına baxırdım. Həmin vaxt Rasim müəllimlə razılaşmamız olmuşdu ki, 10 il ərzində onun bağında pulsuz işləyəcəm, bundan sonra həmin torpaq sahəsi mənə qalacaq. Mən 13 il rasim müəllimə xidmət etsəm də, o vədinə sadiq qalmadı. 2010-cu ildə hərbi xidmətə getdim, bundan sonra ailəmizə gəlib deyiblər ki, torpaqdan çıxmalıyıq, guya həmin ərazini başqa adama satıb. O vaxtdan ev sökülən ana kimi məhkəmələrdə qalmışdıq. Məhkəməni Rasim Daşdəmirova uduzduq, gəlib sökdülər. Kompensasiya verilmədi, körpə uşaqlara belə aman verməyib evi dağıtdılar. İki azyaşlı uşağım var. Heç evin materialların çıxartmağa imkan vermədilər''.



E.İsmayılov deyir ki, sonradan məskunlaşdığı torpaq sahəsinin heç R.Daşdəmirova da aid olmadığı üzə çıxıb: ''Bizim yaşadğımız evin yaxınlığında Rasim Daşdəmirovun villası var, amma mənim ev tikdiyim torpaq sahəsi isə heç Rasim Daşdəmirovun da olmayıb.Torpağın sənədi yoxdur, bələdiyyədən icarə müqaviləsi ilə alınıb. Bələdiyyə torpağı olub və icra müqaviləsi ilə satılıb''.

Şikayətçi qeyd etdi ki, R.Daşdəmirovu iş axtaran zaman tanıyıb: ''Rasimlə tanışlığımız iş axtaran zaman olub. Atam Qarabağ döyüşlərində sağlamlığını itirib. Vərəm olduğuna görə ordudan təxris olunub. Atamın xəstəliyi bizə keçməsi təhlükəsi vardı. Ona görə də atamla anam arıldı. O vaxt iş axtaranda bizi Rasimin villasına aparmışdılar ki, maaşla işləyək. Sonradan bizi hazırda əlimizdən alınan torpaq sahəsinə göndərdilər ki, siz villada qalmayın, başqa həyətdə qalaq. Amma pulsuz işləmək şərtilə. Mən də həmin torpaq sahəsində ev tikdim''.

Məsələ ilə R.Daşdəmirovla əlaqə saxlayıb mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Criminal.az olaraq 1994-cü ildən 2000-ci ilədək Gəncə şəhərinin icra başçısı işləmiş R.Daşdəmirov barədə internet vasitəsilə maraqlı məlumatlar əldə etdik. Azərbaycan Kommunist Partiyasının keçmiş sədri Firidun Həsənov Modern.az-a müsahibəsində R.Daşdəmirovun Surət Hüseynovun qorxusundan stolun altına girdiyini demişdi.

Bundan başqa R.Daşdəmirovun Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla da torpaq çəkişməsi olub. Cumhuriyyet.az-a daxil olan məlumata görə, V.Novruzov bir müddət öncə Novxanıda özünə əzəmətli bağ evi tikdirib: «Vüsal Novruzovun Novxanıda iki bağ evi var. Həmin bağ evlərinin arasında isə 1990-cı illərin əvvəllərində Gəncə şəhərinin icra başçısı vəzifəsində çalışmış Rasim Daşdəmirovun bağı yerləşir. İdarə rəisi həmin bağ evini almaq üçün 2 milyon manat təklif etsə də, Rasim Daşdəmirov irəli sürülən təkliflə razılaşmayıb. Həmin ərazidə, yəni Vüsal Novruzovla yanaşı, daha bir neçə vəzifəli şəxsin villaları, bağ evləri var».

R.Daşdəmirovun məhkəmə yolu ilə sahibləndiyi torpaq sahəsinin məhz V.Novruzovun almaq istədiyi ərazidir.

Criminal.az

[media=http://www.criminal.az/newsphotosession/2017/02/27/ximg-5010.JPG.pagespeed.ic.Mv8eqLL2eA.webp]

[media=http://www.criminal.az/newsphotosession/2017/02/27/ximg-5013.JPG.pagespeed.ic.IeGJBWSmYK.webp]
Tarix: 27-02-2017, 22:34
Xəbəri paylaş





Xəbər lenti