Cəmiyyətdəki pensiya yaşı ziddiyyəti - Bəziləri işləmək istəyir, bəziləri isə erkən təqaüdə çıxmaq...

Cəmiyyətdəki pensiya yaşı ziddiyyəti - Bəziləri işləmək istəyir, bəziləri isə erkən təqaüdə çıxmaq... Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlı təkliflər isə ictimaiyyətdə etiraza səbəb olub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin məsələ ilə bağlı açıqlaması isə etirazları pik həddə çatdırıb. Belə ki, o, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi olmadığını, insanların ömrünün uzandığımı, onların sağlamlıqlarının buna imkan verdiyini deyib, bununla da əhalinin qəzəbinə tuş gəlib.


BakiPost.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, pensiya yaşının artırılması ilə bağlı təkliflər ciddi şəkildə müzakirə olunmalıdır: "Burada cəmiyyətin maraqları da nəzərə alınmalıdır. Hesab edirəm ki, 65 yaş məsələsində müəyyən ziddiyyətlər var. Yəni bunun nə dərəcədə vətəndaşın həyatına təsir edəcəyi müəyyənləşdirilməldir. Hətta 60-63 yaş məsələsinin özü də müəyyən problemlər yaradır. Amma bu bir təklifdir. Hər halda bu geniş müzakirə olunmalıdır. Bunun ciddi əsaslandırması olacaq”.


Cəmiyyətdəki pensiya yaşı ziddiyyəti - Bəziləri işləmək istəyir, bəziləri isə erkən təqaüdə çıxmaq...
F. Mustafa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu məsələyə konseptual yanaşdığını vurğulayıb: "Çox güman ki, məsələ orada ciddi şəkildə təhlil olunub. Vətəndaş üçün faydası və zərəri çox ciddi şəkildə müzakirə olunub. Ona görə də bunun arqumentləri nədir, Azərbaycan cəmiyyətinə necə təsir edəcək, nə qədər kateqoriya insanı əhatə edəcəyi maraqlıdır”.

Millət vəkili qeyd edib ki, pensiya yaşı ilə bağlı cəmiyyətdəki ziddiyyətlər də nəzərə alınmalıdır: "Məsələn, pensiya yaşına çatmış insanların müəyyən bir qismi işə davam eləmək marağını ortaya qoyur. Bu da bir ənənədir. Onların da marağı var.

Bir qrup insanlar isə məhz pensiya yaşını gözləyirlər. Yəni erkən yaşda pensiyaya çıxmaqda maraqlıdırlar. Cəmiyyətin müxtəlif təbəqələrinin məsələyə yanaşması fərqli olduğuna görə birmənalı söyləmək olmur ki, bu, bütövlükdə cəmiyyətin marağına ziddir, yaxud da onun marağına tam uyğundur”.

Deputat pensiya yaşının artırılmasıyal bağlı qanun layihəsinin qəbul ediləcəyini bildirib: "Pensiya yaşının artırılmasıyla bağlı təkliflərin Milli Məclisdəki müzakirəsi zamanı optimal bir variant tapılmalıdır ki, bu zaman vətəndaşa ziyan dəyməsin. Qanun qəbul oluna bilər. Amma ola bilsin ki, düzəlişlər olunsun”.

Sevinc Yasinqızı
Tarix: 2-03-2017, 22:01
Xəbəri paylaş





Xəbər lenti