Rövşən Lənkəranskinin abidəsi quraşdırılır - FOTOLAR

Rövşən Lənkəranskinin abidəsi quraşdırılır - FOTOLAR İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranskinin) qəbirüstü abidə-heykəli üzərində son tamamlama işləri aparılır.

Binəqədi rayonu ərazisindəki sexlərdən birində aparılan iş barədə məlumat Cebhe.info-da yayıldıqdan sonra abidə başqa sexə daşınıb.

Cebhe.info-nun özəl mənbədən əldə etdiyi məlumata görə, artıq tamamlama işləri yekunlaşdırılıb və gələn həftə abidə məzar üzərinə quraşdırılacaq. Bu günlərdə qəbirüstü abidə Lənkərana aparılacaq.

Qeyd edək ki, qəbirüstü abidənin sifarişçisi mərhum “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qardaşı, polkovnik Namiq Canıyevdir. Abidənin hissələri Çin və Hindistandan gətirilib.


Criminal.az Rövşən Lənkəranskinin abidəsi quraşdırılır - FOTOLARRövşən Lənkəranskinin abidəsi quraşdırılır - FOTOLAR
Tarix: 9-03-2017, 22:13
Xəbəri paylaş





Xəbər lenti