Şəhid anasına qəzalı evinin dam örtüyün hissə-hissə düzəldərik - Balakən icra nümayəndəsinin gülməli cavabı ŞİKAYƏT

Şəhid anasına qəzalı evinin dam örtüyün hissə-hissə düzəldərik - Balakən icra nümayəndəsinin gülməli cavabı ŞİKAYƏT 1992-ci ildə Ağdam rayon Ağdərə kəndi istiqanətində gedən şiddətli döyüş zamanı Saleh Mustafa oğlu Əliyevin itkin düşmüşdür. 12 iyun 2000-ci ildə isə rəsmi olaraq şəhid elan edilmişdir. Şəhid Saleh Əliyevin anası II qrup əlil Tövfə Vəli qızı Əliyevanın bu gün düşdüyü acınacaqlı durum isə rayon rəhbərliyini heç bir tərzdə maraqlandırmır. Ana ilə maraqlanmayanlar görəsən hüç düşünmürlər ki, onun oğlunun şəhidlik zirvəsinə ucalmasına qədər sakit sürdükləri həyatı məhs bu anaya borcludurlar. Hər bir qəhrəmanı ana doğur. İgidlik hələ körpə yaşlarından bəli olduğundan o oğlu vətənə xidmət etməsi üçün yola salmış amma ona tərs cavab verən məmurlar isə oğularını əsgərliyə deyil, xarici ölkələrə gəzməyə göndərməyə gücləri yetir.



Balakən şəhər sakini, şəhid anası Töhfə Vəli qızı Əliyeva redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Vətəndaş bildirir ki, oğlu birinci Qarabağ müharibəsində şəhid olub. O gündən rayon rəhbərliyi bir dəfə də olsun onlarla maraqlanmayıb, problemləri ilə tanış olmayıb. Amma son vaxtlar məcbur qaldığından prezidentə müraciət edərək kömək istəyib. Buna səbəb isə yaşadığı evin qəzalı vəziyyətdə olması, hər an uçmaq təhlükəsidir. Şəhid anası bü məqsədlə ölkə başçısına ərizə yazaraq evinin təmir olunmasına köməklik göstərilməsini xahiş edib.
Şəhid anasına qəzalı evinin dam örtüyün hissə-hissə düzəldərik - Balakən icra nümayəndəsinin gülməli cavabı ŞİKAYƏT
Siam.az kivnews.com istinadən xəbər verir ki, Vətəndaş şikayət ərizəsində qeyd edir ki, birinci dəfə müraciət etdikdən sonra Balakən Şəhər İcra Hakimiyyətinin başçısı İslam Rzayevin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyevanın imzası ilə ona cavab məktubu göndərildi. Məktubda cavab olaraq qeyd edilib ki, ev uzun müddət təmir olunmadığı üçün aşınmışdır: “Araşdırmanın nəticəsi olaraq bildiririk ki, ailəniz üçün ev tikintisi və ya təmiri rayon icra hakimiyyətinin imkanları xaricindədir”.
Şəhid anasına qəzalı evinin dam örtüyün hissə-hissə düzəldərik - Balakən icra nümayəndəsinin gülməli cavabı ŞİKAYƏT
“Balakən Şəhər İcra Hakimiyyəti tərəfindən evimin təmiri ilə bağlı heç bir tədbir görülmədi. Dövlətdən aldığım təqaüdlə evi təmir etmək gücündə olsaydım, heç bir dövlət qurumunu narahat etməzdim”, deyə şəhid anası əlavə edib.
Şəhid anasına qəzalı evinin dam örtüyün hissə-hissə düzəldərik - Balakən icra nümayəndəsinin gülməli cavabı ŞİKAYƏT
Töhfə Əliyevanın etdiyi sonuncu müraciətlə bağlı bu gün (10.03.2017) Balakən Şəhər icra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyeva şəhid anasının yaşadığı evə gəlib. Lakin evin tam qəzalı vəziyyətdə olmasına və təmirinə, yaxud sökülərək yenidən tikilməsinə ciddi ehtiyac duyulmasına rəğmən, evin özünü deyil, yalnız evin damını hissə-hissə təmir edə biləcəklərini deyib. Maraqlıdır ki, görəsən Balakən RİH-in səlahiyyətli şəxsləri anlamır ki, ev uçduqda dam kimin nəyinə lazımdır? Elə buna görə də, şəhid anası RİH rəsmisinin dediyi ilə razılaşmayıb. Və yenidən ölkə başçısına müraciət edəcəyini bildirib.
Şəhid anasına qəzalı evinin dam örtüyün hissə-hissə düzəldərik - Balakən icra nümayəndəsinin gülməli cavabı ŞİKAYƏT
P.S. Görəsən Mehparə Zahid qızı Nuriyeva şəhid anasının yerində olsaydı bu çarəsis durumda ona onun şəhid anasına verdiyi cavab verilsəydi hansı reaksiyanı görsədərdi. Bax bu hər birimizi düşündürən sualdır. Kim o ananın yerində ola bilər Balakərn icra hakimiyyətinin səlahiyyətlisi bu cür yanaşırsa şəhid ailəsinə qeyri biriləri hansı tərzdə yanaşdığını indi özünüz təsəvür edin artıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Siam.az
Tarix: 10-03-2017, 20:58
Xəbəri paylaş





Xəbər lenti