Eşşək olmaq çətindir, adam olmağa nə var?

Eşşək olmaq çətindir, adam olmağa nə var? Heydər Oğuzun bu şeiri “Eşşəkliyi”n analoqsuz inkişafını gözü götürməyən “paxıllar”a ithaf olunur…

Eşşək dedi sıpaya:
-Yaman atdın soncuğu,
Əyil, asım boynundan
Mən də bir göz muncuğu.
Sıpa dedi: – ay ana,
Güldürmə bizi elə.
Eşşəkliyin özü də
Göz muncuğudur elə.
Görmürsənmi, qanmaza
“Uzunqulaq” deyirlər,
Bizi görən insanlar
Ağız-burun əyirlər?
Nə olsun mən atıram
Hər kəsdən yaxşı şıllaq?
Bacarıqsız insanlar
Mənə vururlar şallaq.
Eşşəklik nəcibliksə
Niyə bəs görülür xor?
Bizmi çox ağılsızıq,
İnsanlarmı yoxsa kor?
Eşşək dedi:-Qəm yemə,
Çatışmır ağılları.
Sənin soncuq atmağın
Öldürür paxılları.
Qulağın çox uzundur
O qısaqulaqlardan
Onlar da qisas alır
Bu yolla ulaqlardan.
Heç anqıra bilərlər
Bizim kimi hər dəfə?
Paxıllıqdan alırlar
Eşşəkliyi hədəfə.
Eşşəkliyin qədrini
O paxıllar nə qanar?
Eşşək olmaq çətindir,
Adam olmağa nə var?
Tarix: 12-03-2017, 14:08
Xəbəri paylaş





Xəbər lenti