“Şagirdlər məktəbdə rahat öpüşə bilərlər?” - Ekspert şöbə müdirini biabır etdi

“Şagirdlər məktəbdə rahat öpüşə bilərlər?” - Ekspert şöbə müdirini biabır etdi Beyləqan məktəbində baş verən qalmaqal artıq bir neçə gündür ki, həm mətbuatda, həm də sosial şəbəkədə geniş müzakirə olunur. 17 yaşlı məktəbli qızın sinif yoldaşları tərəfindən zorakılığa məruz qalması iddia olunur.

Beyləqan Rayon Təhsil Şöbəsi isə zorlanma faktını təkzib edir. Şöbənin müdiri Xuraman Rüstəmova açıqlamasında deyib ki, hadisə bir ay bundan əvvəl baş verdiyini, ortada yalnız öpüşmə faktının olduğunu deyib: "Yalandır, camaatın qızına şər atırlar. Orda zorlanma hadisəsi olmayıb. İnanın səmimiyyətimə, şagirdin yaxası belə açılmayıb. Hamımızın balası var. Öpüşmək zorakılıq hadisəsidir? Öpüşmək cinsi əlaqədə olmaq deməkdir?”


Təhsil eksperti Kamran Əsədov şöbə müdirinin açıqlamasına münasibət bildirib.

BakiPost.az xəbər verir ki, ekspert bu cür açıqlamanı biabırçılıq kimi qiymətləndirib və X. Rüstəmovaya bir neçə sual ünvanlayıb: "Hörmətli müdir, belə çıxır ki, məktəblilər rahat şəkildə məktəbdə öpüşə bilərlər? Sənin də təhsil şöbəsinin müdiri olmağın təhsil adamı olmağın demək deyil. Başınız o qədər neqativ hallara qarışıb ki, orta məktəbin funksiyası və dəyərləri yadınızdan çıxıb.

Sizin kimi çoxları təsadüf nəticəsində təhsilin idarə edilməsinə gəldiyinə görə təhsilin əsas məqsədlərindən xəbərləri yoxdur. Sizə xatırladım ki, orta məktəb öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək funksiyasını yerinə yetirir”.

Təhsil eksperti qeyd edib ki, Beyləqan məktəbində, ümumiyyətlə harada baş verməsindən asılı olmayaraq, təhsil müəssisəsində baş verən bu tipli hadisələrə görə başda Təhsil Şöbəsinin müdiri başda olmaqla, təhsil müəssisəsinin rəhbəri, müavinləri, həmin sinifin rəhbəri birbaşa əmək məcəlləsinin 70 ç bəndi ilə işindən azad edilməlidir.

Sevinc Yasinqızı
Tarix: 13-03-2017, 16:33
Xəbəri paylaş





Xəbər lenti