Rusiyada 3 uşaq atası olan azərbaycanlı rus qadınları başdan çıxararaq qarət edirmiş

Rusiyada 3 uşaq atası olan azərbaycanlı rus qadınları başdan çıxararaq qarət edirmiş Rusiyada həbs edilən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.

Siam.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Samara vilayətinin Jiqulyovsk şəhər məhkəməsi 38 yaşlı Azərbaycan vətəndaşının cinayət işinə baxıb. 3 uşaq atası olan müttəhim soyğunçuluqda ittiham edilib. 2016-cı ilin sentyabr ayında internet vasitəsi ilə Tolyatti və Jiqulyovskdan olan iki qadınla tanış olub. Müttəhim qadınlarla evlərində görüşüb. O, qadınları kefləndirib və içkilərinə yuxu dərmanı atıb. Sonra isə evi qarət edib.

Müttəhim qadınların evindən qızıl əşyaları, mobil telefonlar və pulları oğurlayıb. Məhkəmədə səslənən ittihamlar, eləcə də, maddi sübut və hadisə şahidləri müttəhimin cinayətini sübuta yetirib. Bu səbəbdən də, məhkəmə müttəhimi cinayətkar sayıb və ona 6 il həbs cəzası təyin edib. Bundan əlavə, məhkəmənin qərarı ilə, zərər çəkən qadınlara cinayətkarın hesabına təzminat veriləcək.

Siam.az
Tarix: 14-03-2017, 09:02
Xəbəri paylaş





Xəbər lenti