Ziya Məmmədovun adamından Cavid Qurbanova qarşı TƏXRİBAT-ŞİKAYƏT

Ziya Məmmədovun adamından Cavid Qurbanova qarşı TƏXRİBAT-ŞİKAYƏT Ucar rayonunda Dəmir Yolu yaşayış binası deyilən binanın sakinləri tərəfindən AFN-ə şikayət məktubu daxil olub.

Əliyev Səməd Şükür oğlu, Qasımov Fərhad Kamil oğlu, Pənahov Nazim Məmməd oğlu, Yusifov Süleyman Alı oğlu Hüseynov Bəhlul Fikrət oğlu tərəfindən ünvanlanan müraciətdə bildirilir ki, Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edilib, özü vəzifədən kənarlaşdırılsa da, onun əlaltıları yerlərdə vəzifələrdə hələdə at ouynadırlar: “Nəticədə də biz sakinlər onların qanunsuz əməllərindən əziyyət çəkirik. Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu reyslərinin tikintisi aparılır. Tikinti zamanı yaranan zibilləri 50 ailənin yaşadığı Dəmir Yolu binasının kanalizasiyasına töküldüyü üçün xətt tutulub və çirkab sular həyətlərə dolub. Binanın həyətində acınacaqlı bir vəziyyət yaranıb. Çirkab sularının yaratdığı dözülməz antisanitariya ciddi xəstəliklərə yol açacaq deyə əndişə edirik. Çıxarılan köhnə reyslər, qazılmış daş qarışıq torpaqlar Şəmsəli Quliyev tərəfindən qanunsuz olaraq satılıb talan edilir. Daşınmaya ayrılan pul Şəmsəli Quliyev tərəfindən mənimsəlinir. Onun rəisi olduğu Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsi Hacıqabıldan-Ucar rayonunun Alı kənd dəmir yolu stansiyasına qədər məsafəni əhatə edir. Baş İdarə isə Kürdəmir rayonunda yerləşir. Şəmsəli Quliyev sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamıdır. Hətta hazırda o, Ziya Məmmədova hesabat verir. Şəmsəli Quliyevi hamı reys alverçisi kimi tanıyır. Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəssisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilib. İndi həmirn idarə və müəssisələrin bir neçəsi işləmir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şəmsəli Quliyev isə həmin dəmir yolu reyslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır. Hər yerdə də yalandan deyir ki, guya Cavid Qurbanovun tapşırığı əsasında reysləri satır. Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin 3 rayondakı idarəsində adları işdə gedib özləri başqa işlərlə məşğul olan çoxlu sayda vətəndaşın maaş kartı Şəmsəli Quliyevin cibindədir. Bu talançının fəaliyyəti obyektiv yoxlanılarsa, küllü miqdarda dövlət əmlakını mənimsədiyi üzə çıxacaq. Xahiş edirik dövlət bu talançıya nəzarət etsin”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Afn.az
Tarix: 15-03-2017, 21:34
Xəbəri paylaş





Xəbər lenti