Eldar Əzizov Bakını kabab tüstüsünə bürüdü – Qoyunlar kimə aldırılıb?

Eldar Əzizov Bakını kabab tüstüsünə bürüdü – Qoyunlar kimə aldırılıb? Novruz bayramı münasibəti ilə Səbail rayonunun Badamdar qəsəbəsində bayram şənliyi təşkil olunub. Eldar Əzizov Sumqayıtdakı ənənəsini axır ki Səbaildə də davamn etdirdi. Amma bu dəfə menyunu dəyişdirib. Sumqayıtdakı nəhəng tort əvəzinə Badamdarda xonça və 30 qoyunun kababı hazırlanıb.
Novruz xonçasındakı şirniyyatlar sakinlərə və hərbi hissənin əsgərlərinə paylanıb, eyni zamanda qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən 30-dan çox qoyun kəsilib, hazırlanmış kabab və digər milli yeməklər sakinlərə pulsuz təqdim olunub. Məhəllədəki şənlik gün ərzində davam edib.
Rayon icra hakimiyyəti tərəfindən yayılan rəsmi məlumatda qeyd olunur ki, eyni zamanda qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən 30-dan çox qoyun kəsilib. Əcəba, kabab üçün qoyunlarıln pulları necə ödənilib?
Bu qoyunların dəyəri icra hakimiyyəti fondundan ödənilib yoxsa qəsəbənin ictimai-iaşə obyektlərinin rəhbərlərinə aldırılıb. Rəsmi məlumatdan aydın görtünür ki, qoyunlar qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən kəsilib. Əgər elədirsə o zaman bu Eldar Əzizovun qəsəbə sakinlərini bayram tədrbiri sayılmaz. Konkret təfərrütlar barədə məlumat verməyə çalışacağıq.

Bizimxeber
Tarix: 17-03-2017, 07:34
Xəbəri paylaş





Xəbər lenti