«Hamımızı bir yerə yığıb «hörmət» tələb etdilər»

«Hamımızı bir yerə yığıb «hörmət» tələb etdilər» Bərdədə icra başçısı stomatoloqların fəaliyyətini yoxlatdırır, həkimlər ölkə rəhbərliyinə üz tutduBəhlul Abbaslı: «İclasda bizi barəmizdə ölçü götürüləcəyi ilə hədələyiblər»
İki il öncə prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqi və yoxlamaların dövlət tənzimlənməsinə dair fərman verib.


2015-ci il noyabrın 1-dən qüvvəyə minən qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Baş Prokurorluğa təqdim edilməli, bu qurum da qanununun və fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə dövlət başçısına məlumat təqdim etməlidir.
Qanundan və bu fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin edilməli, bu barədə prezidentə mütəmadi məlumat təqdim edilməlidir.

«Hamımızı bir yerə yığıb «hörmət» tələb etdilər»

Prezidentin 2015-ci il 26 oktyabr tarixli digər fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər.
Ddərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsi Səhiyyə Nazirliyi tərəfindən yoxlanıla bilər.

Bərdə rayonunda fəaliyyət göstərən stomatoloq Bəhlul Abbaslı iddia edir ki, yerli icra hakimiyyəti tərəfindən sözügedən qanunundan və fərmandan irəli gələn tələblər pozulub. Onun sözlərinə görə, Bərdə rayonununicra başçısının sərəncamı ilə stomatoloqların fəaliyyəti yoxlanılır. Həkim sərəncamın və yoxlamanın qeyri-qanuni olduğunu bildirir.

«Hamımızı bir yerə yığıb «hörmət» tələb etdilər»

“Guya bir vətəndaş stomatoloqlardan şikayət edib. İcra başçısı da stomatloqların fəaliyyətinin yoxlanılması üçün bu ilin martın 9-da sərəncam verib. Yoxlamanın aparılması üçün komissiya yaradıblar.

Həkimləri yoxlamayacaq komissiyaya sədr olaraq humanitar şöbənin dini qurumlarla iş üzrə məsləhətçisi Eldəniz Səfərov təyin olunub. Komissiyanın nümayəndələri iki polis əməkdaşı və mülki geyimli şəxslərlə həkimlərin kabinetinə daxil olub, onları yerli icra hakimiyyətinə çağırıblar. Hamımızı bir yerə yığdır. Bizdən “hörmət” istədilər”,-deyə Bəhlul Abbaslı bildirib.

O deyir ki, bu tələbə etiraz edən həkimlərin kabinetinin qapısını Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin möhürü ilə bağlayıblar: “Mərkəzin Bərdə rayon şöbəsinin inzibati binasına gedən ordan xəstə çıxar, amma guya bizim fəaliyyətimizdə nöqsan tapıb.

Keçirilən iclasda xəbərdar etdilər ki, bizi cəzalandırmaq üçün əllərində imkanlar çoxdur. Doğru deyirlər yerli icra orqanları Bərdə Rayon İcra Hakimiyyətindən asılıdır. Nə hava çalsa, ona da oyanacaqlar. Biz rüşvətə etiraz etdik deyə kabinetlərimizi bağladılar. Təkcə bizim deyil, rayonun diş xəstəliyindən əziyyət çəkənlərin də hüququnu pozdular.

Bir müddət sonra məcburiyyətdən bəzi həkimlər rüşvət tələbinə boyun əydi və onların kabinetinin qapısı açıldı. İcra hakimiyyətində yenidən iclas keçirib, həmin şəxslərə guya fəaliyyətini standartlara uyğunlaşdırılması üçün bir ay vaxt veriblər. Onlara “gedin yenidən lisenziya alın” deyiblər. Həmin iclas da bizi yenə hədələyiblər. Bizim barəmizdə ölçü götürəcəklərini deyiblər. Bir sözlə bizi gözümçıxdıya salıblar”.

Bəhlul Abbaslı iddia edir ki, Bərdə rayonda mərkəzi diş polikilinkada çalışan şəxslərin həkim diplomu yoxdur: “Orda həkim kimi çalışan şəxslər texniklər, onun-bunun əlinə baxıb öyrənənlərdir. Mən 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetini stamotologiya fakültəsini bitirmiş, könülü hərbi xidmət keçmiş baş leytenantam. Təəssüf ki bizə dəyər verən yoxdur”.

Bəhlul Abbaslı deyir ki, hüquqlarının pozulması ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər: “Biz prezidentdə və vitse-prezidentə müraciət etmişik, teleqrama vurmuşuq. Yəni təkcə mən deyil, həmkarım, diş həkimi Vüqar Quliyev və başqa şəxslər də müraciət ediblər.

Teleqramza hələ ki cavab gəlməyib. Biz problemi ictimailəşdirməklə müraciətimizə cavabının tezləşəcəyini istəyirik. Ümid edir ki, müvafiq mərkəzi icra hakimiyyəti qurumları bizim müraciətimizə biganə qalmayacaq, tədbir görəcəklər”. Bəhlul Abbaslının şikayəti ilə bağlı [email protected] ünvanına göndərilən informasiya sorğusu cavabsız qalıb.

Ramid İBRAHİMOV «Hamımızı bir yerə yığıb «hörmət» tələb etdilər»
Tarix: 17-03-2017, 21:59
Xəbəri paylaş





Xəbər lenti