Əri xayanət edən qadın:"Xalam qızı qızışıb..." - VİDEO

Əri xayanət edən qadın:"Xalam qızı qızışıb..." - VİDEO "Həyat yoldaşım və xalam qızı arasında münasibətlərin olduğundan gənc yaşlarımdan xəbərdar idim. Ancaq düşünürdüm ki, xalam qızı ailə qurub və mənim həyatıma müdaxilə etməyəcək. Təəssüf ki, mən yanılmışam. Xalam qızı ailəli olmasına baxmayaraq, həyat yoldaşımla münasibətini davam etdirib. Yoldaşım mənə əvvəl münasibətlərinin olması barədə demişdi".

Bu sözləri ərinin xalası qızı ilə ona xəyanətindən danışan Mehriban Cavidqızı deyib.

Onun sözlərinə görə, ərinin xəyanətinin üstünü oğlunun ad günündə açıb.

"Ərimlə onun münasibəti 17 il əvvəl olmuşdu. Xalam qızı 17 il sonra oğlumu təbrik etmək adı ilə bizə gəldi. Məndə onu pis qarşılamadım. Mən başa düşürdüm ki, o, bizə 17 il ərzində niyə gəlməyib. Yəqin ki, mənim həyat yoldaşımın onun ərinə barəsində nəsə pis söz deyəcəyindən qorxub. Buna baxmayaraq o, 17 ildən sonra risk edərək bizə gəlib. Ərim və xalam qızı evdən çıxmaq barədə plan cızıblar. Çünki həyat yoldaşım xalam qızı bizdə olan vaxt onlar tərəfdə kirayə evlərin olub-olmaması barədə ona sual verdi. Elə həmin vaxtdan etibarən həyat yoldaşım məni oğlumla tək qoyub evdən çıxıb. Xalam qızı hələ də ailəlidir. Xalam qızının 11 və 14 yaşlarından iki qızı var. Amma mənim həyat yoldaşımla birlikdə yaşayır. Ərimin 48, xalam qızının 41 yaşı var".

Mehriban Cavidqızının həyat yoldaşı Cavanşir Bəkirov isə barəsində səsləndirilən iddiaların yalan olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşından ayrılıb və oğluna aliment ödəyir. "İş məhkəmədədir. Yoldaşım sənədlərimi vermir ki, məhkəmə qərar çıxarsın. O, məni təhqir edib və evdən qovub".

Cavanşir Bəkirov bildirib ki, həyat yoldaşının xalası yoxdur. "Heç kimlə yaşamıram. Tək qalıram".

Mehriban Cavidqızı isə ərindən boşanmadığı ilə bağlı sənədlər göstərib.
Tarix: 18-03-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti