Baş Prokurorluqdan Mehriban Əliyevaya şikayət

Baş Prokurorluqdan Mehriban Əliyevaya şikayət Süründürməçiliyə məruz qalmış şəhid atası Birinci-vitse presidentdən kömək istəyir

Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyevaya müraciət edib. O, müraciətin bir surətini də KİV-lərə ünvanlayıb. Şəhid atasının şikayəti Bş Prokurorluqdandır.

Əli Hüseynov yazır: “Hörmətli Mehriban xanım, Baş Prokurorluqda haqlı, ədalətli şikayətimi araşdırmaqdansa qurumun Nazim Abbasov adlı ədalətsiz idarə rəisi məni sözün əsl mənasında dolamaqla məşğuldur.

Hörmətli Mehriban xanım, mən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit götürmək istəmişəm. Lakin orada məndən rüşvət tələb edilib. Mənim şikayətim də bu məsələnin araşdırılması və müvafiq tədbirin görülməsidir. Baş Prokurorluq isə bunun əvəzində müraciətlərimi şikayətçi olduğum quruma göndərir. Nazim Abbasov kimi idarə rəislərinin sifarişi ilə bir qarış hündürlükdə olan materiallar araşdırılmamış qalıb. Bu məsələni açıq şəkildə ört-basdır etmək istəyirlər, məni, ahıl yaşlı şəhid atasını süründürməçiliyə məruz qoyurlar. Dediklərimi əsaslandırmaq üçün Nazim Abbasovun 17.03.2017-ci il tarixli və Yasamal rayon prokuroru Rasim Hacıyevin “məktubunu” sizə göndərirəm.

Hörmətli Mehriban xanım, xahiş edirəm ki, şəhid atasını süründürməçiliyə məruz qoyan məmurların cəzalandırılmasını, Yasamal Rayon Prokurorluğunakı materialların araşdırılmasını təmin edəsniz, eyni zamanda bir şəhid atası kimi məni qəbul edərək dinləyəsiniz”.

Məsələ ilə bağlı ittiham olunan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 18-03-2017, 09:09
Xəbəri paylaş





Xəbər lenti