Ziya Məmmədov dalana dirəndi: Həbsə bir addım qaldı

Ziya Məmmədov dalana dirəndi: Həbsə bir addım qaldı Nəqliyyat Nazirliyinin ləğv olunmasından sonra işsiz qalan Ziya Məmmədov bu dəfə sahibi olduğu şirkətlərin korrupsiya qalmaqalı ilə gündəmə gəlib. Belə ki, Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işilə bağlı İsveç prokurorluğunda araşdırma aparılır.İstintaq işində isə bir yox, bir neçə şirkətin fəaliyyəti araşdırılır.Həmin zamanlarda işin icrası Nəqliyyat Nazirliyinin balansında idi.Bu isə baş verən qanun pozuntularının məhz Ziya Məmmədovun “ayağına” yazılacağı anlamına gəlir.

Məlumdur ki, Ziya Məmmədov “Garant Holding” kimi böyük biznes imperiyasına rəhbərlik edir.Bu holdinq biznesin bütün sahələrində (enerji satışı, daşınmaz əmlak, tikinti, sığorta şirkətləri, bank) geniş şəkildə fəaliyyət göstərir.Doğrudur, son 1 ildə Məmmədovlara məxsus şirkətlər bir-birinin ardınca bağlanır, əmlakları satışa çıxarılır.Bu isə Ziya Məmmədovun sahibi olduğu “Garant Holding”in külli miqdarda borcu olması ilə əlaqələndirilir.Ancaq belə görünür ki, biznes imperiyasının çökməsinə baxmayaraq Ziya Məmmədov “nüfuzu” hesabına qazandığı milyonların hesabatlarını verməyə məcbur olacaq.Bu hesabatlarının isə qalmaqallı olacağı ilk başdan bəlli idi.

Şübhəsiz ki, Ziya Məmmədov Nəqliyyat Nazirliyinin bütün tender layihələrini məhz özünə yaxın şəxslərin rəhbərlik etdiyi və ya öz biznes imperiyasına daxil olan qurama şirkətlərə verib.Bu üsul əslində təkcə Nəqliyyat Nəzirliyi ilə əhatələnmir.Bu gün bir çox qurumların rəhbərlik etdiyi tenderlər məhz “qohumluq” şərtləri ilə şirkətlərə verilir.Ziya Məmmədovun ən yaxın adamlarından, “tikinti kralı” kimi tanınan Qulam Ələkbərovun da tender layihələrinin məhz bu şərtlərlə aldığı bildirilir.Bu iddianın nə dərəcədə doğru olduğu hələ ki, məlum deyil.Qeyd edək ki, “tikinti kralı” Qulam Ələkbərov mətbuata açıqlamasında Ziya Məmmədova yaxın olduğunu, bu gün də, gələcəkdə də yaxın olacağını deyib.Q.Ələkbərov həmçinin işlərinin qaydasında olduğunu və Ziya Məmmədovun işdən çıxarılması ilə bağlı heç bir təzyiqlə üzləşmədiyini vurğulayıb.

Ancaq bu məsələnin bunun yekunlaşmayacağı və Ziya Məmmədovun da yenidən hədəfə gələcəyi ehtimalı çox yüksəkdir.Nəzərə alsaq ki, Ziya Məmmədov hələ nazir postunda olan zamanlarda da onun dəmir yollarına rəhbərliyi zamanı görülən işlərdə böyük həcmdə yeyinti faktlarının olduğu haqqında kifayət qədər məlumatlar yayıldı.Həmin zamanlarda da Ziya Məmmədov bütün ittihamlara qarşı susqunluq nümayiş etdirirdi. Ancaq belə demək mümkündürsə Ziya Məmmədovun “nəhəng biznes imperiyası”na rəhbərlik etməsi və həmin biznesin hansı resurslar hesabına qurulması məsələsi bütün ittihamları necə deyərlər, Məmmədovların “üstünə geyindirildi”.

Təbii ki, həmin zamanlarda Ziya Məmmədov nazir idi və hökumətdə kifayət qədər nüfuza malik idi. Bu baxımdan Məmmədov belə demək mümkündürsə, “ittiham yağışından” müəyyən qədər “quru” çıxmağı bacardı.

Ancaq bu dəfə Ziya Məmmədov əməlli-başlı çətinə düşüb.Korrupsiya araşdırmalarının İsveçdə aparılması və artıq dəmir yollarındakı tenderi udmuş şirkətin rəhbərinin həbs oluması məsələnin nə dərəcədə ciddi olduğunun göstəricisidir.Bu isə əsas verir ki, Nəqliyyat Nazirliyinin Ziya Məmmədovun zamanında keçirdiyi bütün tenderlər araşdırılsın.Ehtimal olunur ki, Nəqliyyat Nazirliyinin tenderləri araşdırılarsa kifayət qədər yeyinti, rüşvət faktları aşkarlanacaq.Bu isə onu deməyə imkan verir ki, artıq Ziya Məmmədova “həbs yolu” görsənib.(Cebhe.info)
Tarix: 18-03-2017, 21:31
Xəbəri paylaş





Xəbər lenti