AZƏR TALIBOVU ASIN SONRA GÜLLƏLİYİN…

AZƏR TALIBOVU ASIN SONRA GÜLLƏLİYİN… Ölkədə qəribə mənzərə ilə qarşılaşanda qəlbimizdən nələrin keçdiyini söyləmək heçdə müşkül məsələ deyil.
Əvvəla Novruz bayramı hər birimiz üçün nə qədər müqəddəs olsada “gündəlik bayramlarımız” daha səmərəli, maraqlı və olduqca kefli mənzərəni xatırladır. Əslində, mövzü bayramla əlaqədar olmasada bəzi məmurların elə məhz Novruz bayramında “ərköyünlüyü” insanı düşündürməyə bilməz.

Bəli, konkret söhbət “Anaxeber.az” saytın baş redaktoru Azər Talıbov və Bakı Beynəlxalq Dəniz Ticarət Limanınin şefi Taleh Ziyadovdan gedir. Gəlin, jurnalistlə məmur arasında yaranan konfiliktə nəzər salaq. Azər Talıbov iddia ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında korrupsiya halları virus kimi yayılıb. Lakin T. Ziyadov kommersiya sirrinin üstünün açılmasını “əlində bayraq” tutaraq Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Əldə etdiyim məlumatlara görə, baş redaktora Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsi (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma) ilə cinayət işi qaldırılıb. Sanki, saytın baş redaktoru hər hansı bir hərbi və yaxud dövlət sirrini yayıb. A. Talıbov iddia edir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktorunun əməlləri araşdırılsın. Biz əksini gördük. Amma T. Ziyadov bütün vasitələrdən istifadə edərək jurnalistin həbsi üçün hər şey edir.
Təki, “Anaxeber.az” saytın baş redaktoru Azər Talıbov susdurulsun. Sözün düzü Taleh Ziyadov dərrakə baxımdan vicdan əzabı çəkir. Bunu danmaq ən azından Azərbaycanlıqdan qat-qat uzaq olmaq kimi bir şeydir. Mən “Mister Bin” ləqəbli Taleh müəllimə məsləhət görərdim ki, Azər Talıbovu kəssin, doğrasın, bir sözlə güllələsin sonra assın. Jurnalisti yaxından tanıdığım üçün bunu məsləhət görürəm. Onu həbslə susdurmaq ideası gülüncdür.
Ay Taleh müəllim, and olsun aramızda olmayan haqq-salama, and olsun getmədiyim, görmədiyim o müqəddəs yerlərə, and olsun qılmadığıma səmimi ol. Təklif edirəm ki, bir əlini vicdanın üzərinə, bir əlinidə Quran üzərinə qoy and iç ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında korrupsiya hallarına yol verilmir. And iç ki, jurnalist haqqında həqiqətə uyğun olmayan məlumatlar yayır. Tutaq ki, sizin əldə etdiyiniz milyonların üstünü açır. Bu məgər Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yaymadır?
Sirri deyil ki, sizin arxalandığınız “krişa” heç də sıradan birisi deyil. Olsun. Bir faktı yaddaşıvın bir küncünə qara həriflərlə qeyd et. “Haqq var, divan yoxdur” prinsipi artıq tükənmək üzrədir. Jurnalisti həbs etdirməkdə olar, susdurmaqda olar əgər əlinizdə konkret faktınız varsa. Cənab, Taleh Ziyadov. Təkrar biliyin anasıdır. AZƏR TALIBOVU ASIN SONRA GÜLLƏLİYİN…
Tarix: 21-03-2017, 12:38
Xəbəri paylaş





Xəbər lenti