Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu Kamran Məmmədov «Nova Banka AD Podgorica»nın baş icraçı direktoru təyin olunub. O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodrag Radonjiçi əvəzləyib.

Fins.az banka istinadən xəbər verir ki, Nikola Marinovic risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib.

Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.

Qeyd edək ki, K. Məmmədovun «AtaBank» və «Kapital Bank» ASC-lərdə 15 illik iş təcrübəsi var.
Tarix: 24-03-2017, 07:16
Xəbəri paylaş





Xəbər lenti