Abşeronda AA 402 görün nələr etdi - VİDEO

Abşeronda AA 402 görün nələr etdi - VİDEO Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93” yaşayış kompleksinin qarşısından keçən yolda ötmənin qadağan olunduğunu bildirən nişan var.

Bu nişanın olmasına baxmayaraq arxadan gələn "Lexus" markalı 99-AA-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.1 xəttini (düz xətti) tapdalayaraq qarşıda gedən avtomobilləri ötüb geçir. Avtosfer.az xəbər verir ki, bu azmış kimi həmin sürücü yekəxanalıq edərək başqasının yoluna özünü elə dürtür ki, sanki elə belə də olmalı idi.

Ümumiyyətlə, "AA" seriyalı bir çox avtomobil sürücüləri nədənsə qanuna tabe olmurlar. Çünki onların çoxusu məsuliyyətdən kənar qalıblar.Ancaq onu başa düşmək lazımdır ki, qəza yaranan an seriyanın "AA" olması sizi qəzadan qorumayacaq.
Tarix: 27-03-2017, 14:55
Xəbəri paylaş





Xəbər lenti