Keçmiş dəmiryolçudan ilginc müraciət: “Əliyar Muradov deyir ki, polis də, qanun da mənəm”

Keçmiş dəmiryolçudan ilginc müraciət: “Əliyar Muradov deyir ki, polis də, qanun da mənəm” Saytımıza müraciyət edən keçmiş dəmiryolçu Əsgərov Sabiq Famil oğlu üzləşdiyi problemlə bağlı şikayətini dilə gətirib. Sabiq dəmiryolçunun müraciətini olduğu kimi oxuculara təqdim edirik:
“Mən Əsgərov Sabiq Famil oglu 1985-ci ildən 2010-cu ilədək Azərbaycan dovlət dəmir yolunda indiki qapali səhmdar cəmiyətində bələdçi vəzifəsində işləmişəm. 2010-cu ildən heç harada işləmirəm. Məni işdən gunahsiz olaraq cixardiblar. Məni işdən cixardanda 25 il stajım olmasina baxmayaraq, mənə alacağım pulu da verməyiblər. Dedilər ki, sənin dövlətə borcun vardır. Sonra çağırdılar və 20 manat verdilər. İşlədiyim müddətdə maaşımın 80-90%-ni verməyiblər. Ayda 60-70 manat veriblər. Bütün bu haqsızlıqların başında kecmiş depo rəisi, indiki sərnişindaşıma birlyinin rəisi Elyar Muradov durub.
1997-ci ildə Daşkənd şəhərində əsaslıtəmirdən çıxmış 22-040 nomrəli vaqonu mənə 2000 dollara verib və mən Kiyev şəhrinə işləmişəm. 1998-ci ildə vaqonu məndən alib, başqasına satib, mənə isə Xarkov şəhərində əsaslı təmirdən çıxmış 25-936 nömrəli vaqonu 1000 dollar qarşılığında verdilər. Hər beş ildən bir vaqon əsaslı təmirə dayanırdı və o, vaqonu vermək üçün 2000 dollar alırdı. Amma umumən vaqon hər il təmirə dayandırılır ve Elyar Muradov hər dəfə 500 dollar alib, vaqonu verirdi. Əgər o pulu verməsən, vaqon aylarla təmirdə qalırdı. Biz də məcbur olub borc-xərc pul tapıb Elyar Muradova verirdik ki, vaqonu, işimizi bizə versin. Bir də Elyar Muradov qanun qoymuşdu, kimini işdən çixardırdı, ya kimsə çıxanda o yeri, yəni vaqonu pulla digərinə satırdı. Məni işdən haqsız yerə çıxardana dam Elyar Muradov və Rəhman Əbişov mənim vaqonumu başsağlığına satdı. Mən gəldim və etirazımı Elyar Muradova bildirdim. O, isə mənə kobud şəkildə, “get hara ve kimə istəyirsən şikayət et, buranın polisi də, qanunuda mənəm” dedi.
Günü bu gun mən şəkərli daiabetəm. Mənim şəkər xəstəliyinə tutulmağıma səbəb Elyar Muradovdur. Bir cox yerlərə muraciət etmişəm, amma nəticə yoxdur. Mən hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, bunu oxusunlar, mənim heç olmasa qalan maaşımı almağa mənə komək etsinlər ki, özumə şəkər xəstəliyi dərmanlarını ala bilim. Onların fəaliyyəti ilə bağlı mənim əlimdə bir cox qanuna zidd olan faktlar və şahidlər var və bunları açmağa haziram. Mən hələ də bizim olkədə umidimi itirməmişəm. Bilirəm ki, şah Elyar Muradov deyil, qanun şahdır.
P.S.Yazı ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 5-04-2017, 09:59
Xəbəri paylaş





Xəbər lenti