“Kişi anası və bacısı ilə necə evlənə bilər?” – Din xadimindən Gəncədəki olaya reaksiya

“Kişi anası və bacısı ilə necə evlənə bilər?” – Din xadimindən Gəncədəki olaya reaksiya Xəbər verdiyimiz kimi, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb və onunla dini nikaha daxil olub. Hadisə isə ölkədə rezonans doğurub. Çoxu bunun dini baxımdan doğru olmadığını bildirir.
Bəs əminin qardaşı qızı ilə dini nikaha daxil olması nə dərəcədə doğrudur?

Din xadimi Kərbəlayi Niyaməddin BakiPost.az-a açıqlamasında bildirib ki, şəriət əmi ilə qardaşı qızının kəbin kəsdirməsinə icazə vermir: “Belə bir hadisənin baş verməsi biabırçılıqdır. Onlara kəbin kəsilə bilməz. Kəbin kəsilsə belə, bu düzgün deyil. Çünki qardaş qızı əmiyə məhrəmdir. Buna görə də əmi qardaşı qızı ilə evlənə bilməz. İnsan anası və ya bacısı ilə necə evlənə bilər? Bu da həmin şeydir.
Eyni zamanda, həmin şəxs ailəli olan başqa xanımı da qaçırtsaydı, yenə də onlara kəbin kəsilə bilməzdi. Bunun üçün həmin xanım boşanmış olmalıdır.
Boşandıqdan sonra bir müddət var ki, onu gözləmək lazımdır. O müddət başa çatandan sonra həmin xanım başqası ilə ailə qura bilər”.
Din xadimi onu da qeyd edib ki, dinlə əlaqəli heç kim belə bir kəbini kəsməyə razılıq verməz: “Yəqin onlara kəbin kəsən şəxs molla deyil. Çünki dinlə bağlı olan şəxs belə bir addım ata bilməz. Atmış olsa belə, bu, Allah dərgahında qəbul olan məsələ deyil”.
Tarix: 5-04-2017, 14:38
Xəbəri paylaş





Xəbər lenti