Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri danışdı: “Bəzi sakinlər zəhləməzi töküb”

Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri danışdı: “Bəzi sakinlər zəhləməzi töküb” “Sumqayıt şəhəri 21 saylı məktəbin ərazisinin zəbt olunaraq tikinti işlərinin aparılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil”.



Bunu “Bizim Yol”a Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri Nizami Namazov bildirib.


Onun sözlərinə görə, tikinti işləri məkətəbin ərazisinə yaxın sahədə aparılır: “Məktəbin binası yerindədir. Məktəbin meydançası yeni tikilib istifadəyə verilib. Yaxşıllığı yerindədir. Məktəbin ərazisinə yaxın sahədə tikinti işləri aparılır. Orada sosial evlər tikiləcək. Sadəcə, bəzi sakinlər söz-söhbət yaradıb zəhləməzi tökürlər”.

Amma əldə etdiyimiz məlumat bunun tamamilə əksini ifadə edir. Belə ki, Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri Nizami Namazov sözügedən təhsil müəssisəsinin ərazisinin zəbt olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Qeyd edək ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə informasiya sorğusu göndərmişik. Bu qurumun məsələyə reaksiya verəcəyini gözləyirik.

Xatırladaq ki, ötən gün Sumqayıt şəhəri, 12-ci mikrorayonun bir qrup sakini etiraz aksiyası keçirib. Onlar iddia ediblər ki, tikinti şirkəti 21 saylı məktəbin meydançasını zəbt edib və burada qeyri-qanuni tikinti işləri aparılır.

Sumqayıt şəhəri 21 saylı məktəb 1970-ci ildən fəaliyyət göstərir. Təhsil müəssisəsinin 1793 nəfərlik şagird yeri var.
Tarix: 12-04-2017, 21:24
Xəbəri paylaş





Xəbər lenti