Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...? DTX-nın reket fəaliyyətinə görə həbs etdiyi “jurnalistlərlə” Şahmar İbadovun olduqca isti münasibətləri olub
Hətta həmin “jurnalistlərin” DTX tərəfindən həbs olunmalarından öncə şantaj etdikləri ayrı-ayrı dövlət məmurları tərəfindən məhkəməyə verilərkən məhz Şahmar İbadovun dövriyyəyə girməsindən sonra məhkəmə iddiaları geri götürülürmüş.

Qardaş Türkiyədə FETÖ-çuların ölkə Konstitusiyasini dəyişməyə cəhdinin qarşısı alındıqdan sonra Gülənin Azərbaycandakı əlamanları aktiv fəaliyyətdən passiv müşahidəyə keçid etdilər.


Ölkə ictimaiyyətinə kifayət qədər prespektivli kadr kimi sırınan Elnur Aslanovun “yox” olması, Ceyhun Osmanovun parlament fəaliyyəti bitər-bitməz ölkəni tərk etməsi media tərəfindən birmənalı qarşılanmadı. Ölkə mediası “aktiv” Cülənçilərə qarşı yönəli işləmləri Türkiyə Cumhuriyyətinin prezidenti R.T.Ərdoğanın ölkənin siyasi hakimiyyətindən xahişi kimi dəyərləndirdi. Əslində isə Gülən “imamlarına” qarşı başlanan kampaniya qonşu ölkədə baş verən olayların sadəcə bölüşülən narahatlığı idi. Əslində nə baş verirdi? Nəzərə alsaq ki, İŞİD terror qruplaşmasının üzvləri geyimləri, uzun saqqalları ilə həmən diqqət çəkdikləri halda, Gülənçilər tam əksinə, modern geyimləri, zamanla ayaqlaşan, bəzən isə zamanı belə üstələyən yaşam tərzləri, əsəsən dövlət görəvlisi olmaları ilə nəinki Qərb təfəkkürlü, hətta Qərb insanından qətiyyən fərqlənməyən göstəriciləri ilə komufulyaj olurlar. Ən qısa zamanda dövlət görəvinin üst təpəsinə çıxmağı bacaran Gülən sevdalıları, eyni sürətlə də kapital sahibinə çevrilirlər.

Nərimanov rayon İcra hakimiyyətinin başçısının I müavini Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub. Belə ki, ölkə mediasında kifayət qədər tanınan jurnalistdən Ceyhun Osmanov və Elnur Aslanovla bağlı xahiş etməsi də Şahmar İbadov tərəfindən təkzib edilmədi. Nəzərə alsaq ki, parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda Prezident Aparatına çağırılaraq İHB-yə I müavin təyin olunmasındakı sürət düşünməyə əsas verir. Əcaba nə baş verdi ki, sıradan bir şöbə müdiri hətta müavin deyil, məhz I müavin təyin olundu. Əslində bu yuxarıda qeyd edilən məsələlərə nəzər salanda vəzifə olimpindəki sürətin cənab İbadovun göstəriciləri ilə hər – hansı əlaqənin olmadığı məlum olur. İllər öncə ölkədə İcra Hakimiyyəti strukturları içərisində “qara mətbuatın” saxlanılmasına hər ay bir neçə min manatın xərclənməsi praktikası məhz Nərimanovdan start götürdü.

Məsələnin ən maraqlı tərəfi isə bu işə birbaşa Şahmar İbadov rəhbərlik edirdi. Təxminən 80-nə qədər media orqanının rəhbəri hər ayın bəlli günü Şahmar İbadovun icra hakimiyyətinin 4-cü mərtəbəsindəki kabinetinin qarşına toplaşırdı. Köməkçisinin otağına quraşdırlıan kamera ilə prosesi izləyən Ş.İbadovun hətta “aylıqların” verilməsini də videogörüntülədiyi bildirilir. BakuNews.az-a məlumat verən mənbənin bildirdiyinə görə Şahmar İbadov medianın siyahısını baş redaktorlardan biri ilə müəyyən edib. Mənbənin bildirdiyinə görə bu günə qədər Ş.İbadovun “yardımlarından” bəhrələnən həmin baş redaktor I müavinə kolleqaları ilə bağlı dosye təqdim edib. Baş redaktorlarla təkbə-tək görüşüb danışan Ş.İbadov bəzi media nümayəndələrinə üstüörtülü “iş birliyi” belə təklif edib. Məlumatı verən mənbənin BakuNews.az-a verdiyi məlumata görə bir müddət öncə DTX-nın reket fəaliyyətinə görə həbs etdiyi “jurnalistlərlə” Şahmar İbadovun olduqca isti münasibətləri olub. Hətta həmin “jurnalistlərin” DTX tərəfindən həbs olunmalarından öncə şantaj etdikləri ayrı-ayrı dövlət məmurları tərəfindən məhkəməyə verilərkən məhz Şahmar İbadovun dövriyyəyə girməsindən sonra məhkəmə iddiaları geri götürülürmüş. Məlumatda o da bildirilir ki, Şahmar İbadovun “aylıq” projesi ötən ilin dekabrından sona çatıb. İllərlə hər ay bəlli məbləğdə “paket” alan media nümayəndələrinə bu ilin mart ayından “projenin” davam edəcəyi ilə bağlı vəd verilsə də, hələ ki, Şahmar İbadov “aylıq yardım kampaniyasına” start verməkdə maraqlı görsənmir. Mənbənin verdiyi məlumata görə ona telefon açan media nümayəndələrinə bu məsələyə DTX-nın ciddi nəzarət etdiyini söyləyən I müavin informasiyanın bilərəkdən yayılmasında iki məqsəd güdür:

1. İllərlə projedən yararlanan media qurumlarını əleyhinə yazmaqdan vaz keçirmək.
2. Bəlli strukturlara mesaj vermək.


1-ci məsələdə İbadovun uduş sayı ikidir. Əvvəla zərərsizləşdirilmiş media qrupunun olması, ikincisi isə bu məqsədlə xərclənən vəsaitin “xəzinədə” qalması. Eyni sayda uduşda 2-ci məsələdə var. 1-ci Şahmar İbadov bəlli strukturlara onu hədəf alacaqları təqdirdə təsir imkanları olan medialar vasitəsilə əks hücumun təşkili, 2-ci ötən ilin noyabrına qədər davam edən “prosesdə” məhz dövlət əleyhinə yönəli yazıların qarşısını aldığını. Mənbədən əldə etdiyimz məlumata görə Şahmar İbadovun əməlləri ilə bağlı ən yüksək siyasi dairələrdə ciddi məlumatlar var. Lakin məsələ hələ ki. gözləmə mövqeyindədir. Bu məsələdə sadəcə tərəddüdlər var. Gülən zəncirindən Şahmar İbadov halqasının çıxarılması prosesin daha ciddi yön alması təhlükəsini yarada bilər.

Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az
Tarix: 13-04-2017, 08:58
Xəbəri paylaş





Xəbər lenti