Hövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR

Hövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR Hövsan qəsəbəsində qəzalı binanın sakinləri yenidən ayağa qalxıb. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 saylı yataqxanada yaşayan 80-dən çox ailə bu gün axşam saatlarında yaşadıqları binanın qarşısında toplanıblar. Onlar aidiyyatı qurumlar reaksiya verənə kimi aksiyalarını davam edəcəyini bildirirlər.

Musavat.com-un müxbiri aksiyanın keçirildiyi ərazidə olub və sakinlərin şikayətini dinləyib.

Üç gündür ki, sakinlər həyətlərdə çadırlar qurub, gecəni burada keçirirlər. Binanın qəzalı durumda olması onları qorxuya salır. Onlar hər an binanın çökməsindən ehtiyat edirlər. Sakinlər soyuq və şəraitsiz olsa da, çadırlarda qalmağı daha təhlükəsiz hesab etdiklərini bildirirlər.

1960-cı illərdə inşa edilən yataqxana tipli yaşayış binası hissə-hissə uçub dağılır. Binanın birinci mərtəbəsini yuxarı mərtəbələrlə birləşdirən pilləkən uçduğundan yuxarıda yaşayanların gediş-gəlişi çətinləşib. Həyətə düşmək üçün bəzi sakinlər kəndirlə sallanmalı, bəziləri isə taxta düzərək üstündən sürüşməli olurlar.

Azyaşlılar və qocalar isə əlavə iki nəfərin köməyi ilə düşürlər. Bu durum bir neçə aydır davam etsə də, heç bir dövlət qurumu binadakı vəziyyətlə bağlı tədbir görməyi üzərinə götürmür.

Sakinlər deyir ki, artıq üçüncü dəfədir etiraz aksiyası keçirirlər, lakin heç bir dövlət qurumundan reaksiya gəlmir: Gözləyirlər ki, bina başımıza uçsun, burada yaşayanların yarısı ölsün, ondan sonra gələcəklər. Binanın hamam-tualeti uçub tökülüb, xarabalığa oxşayır. Evimizin tavanı çökür. Dərdimizi kimə deyək?”

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı qərar çıxarsa da, buradakı ailələr köçürülməyib.
Sakinlər məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların problemləri həll edilməyib.

Məğrur Mərd
Fotolar müəllifindirHövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR
Hövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR
Hövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR
Hövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR
Hövsan sakinləri çadır qurdular: “Binamız başımıza uçur” FOTOLAR
Tarix: 13-04-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti