Kamil Zeynallı sərnişin dolu təyyarədə kağız torba partladıb- "ƏCƏB EDİRƏM. HƏLƏ ÜÇÜNCÜ DƏFƏ DƏ EDƏCƏM" - VİDEO

Kamil Zeynallı sərnişin dolu təyyarədə kağız torba partladıb- "ƏCƏB EDİRƏM. HƏLƏ ÜÇÜNCÜ DƏFƏ DƏ EDƏCƏM" - VİDEO Məşqçi Kamil Zeynallı Bakı-Kiyev reysində sərnişin dolu təyyarədə kağız torbaya hava dolduraraq onu partladıb.
Gununsesi.info xəbər verir ki, o, etdiyi hərəkətin video görüntüsünü “İnstagram” hesabında yerləşdirib. Kamil Zeynallı əməlini belə şərh edib:
“Bir dəfə etmişdim. Onu söz-söhbət etmişdilər. Yenə də edirəm. Əcəb edirəm. Əlimin içindən gəlir, gedin nə qədər istəyirsiniz, yazın. Hələ üçüncü dəfə də edəcəm. Vecimə də deyilsiniz”.
Məsələnin maraqlı tərəfi ondadır ki, o, yazılacaq şərhlərdən ehtiyat edərək, videonun şərh bölməsini bağlayıb.
Tarix: 15-04-2017, 08:34
Xəbəri paylaş





Xəbər lenti