“Elçin Şıxlı avaradır desəydi..."

“Elçin Şıxlı avaradır desəydi..." "Azərbaycan demokratik ölkədir. Araz Əlizadə isə ürəyi nə istəyir danışır”.

Bunu Sherg.az-a Millət vəkili Araz Əlizadənin "Feysbukda olanların hamısı avara adamlardır” –fikrinə münasibət bildirərkən tanınmış jurnalist, "Ayna-zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.

Feysbukun aktiv istifadəçilərindən olan E.Şıxlı deputatın ifadələrinə ciddi yanaşmadığını diqqətə çatdırıb:

"Deyib, deyib də. Burada elə bir problem görmürəm. Hər halda bu qədər insanı avara hesab edirsə, gərək ondan soruşaydılar, nə üçün hər kəsi avara adlandırıb? Onda bəlkə səbəbini izah edərdi. Bundan sonra həmin "avara”ların deputata münasibəti necə olacaq, özləri bilər. Məncə, avaralar ona səs vermir”.

E.Şıxlının sözlərinə görə, millət vəkili dəqiq ad çəksəydi, kimi isə "avara” adlandırsaydı, onda bu ifadələri təhqir kimi qəbul etmək olardı:

"Məsələn, "Elçin Şıxlı avaradır” desəydi, mən bəlkə də təhqir kimi qəbul edərdim. Əslində onun belə deməyi ilə mən avara olmuram. Ona görə hətta təhqir olaraq qiymətləndirməzdim. Kim özünü təhqir olunmuş sayırsa, onlar özü deputata cavab versinlər”.

Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə müsahibəsində Feysbuk istifadəçilərini avara adlandırıb."Azərbaycan demokratik ölkədir. Araz Əlizadə isə ürəyi nə istəyir danışır”.
Tarix: 17-04-2017, 23:25
Xəbəri paylaş





Xəbər lenti