Jurnalist intihar həddinə çatdı: “Bu gün Abşeron RİH-in qabağında yandıracağam” – DETALLAR

Jurnalist intihar həddinə çatdı: “Bu gün Abşeron RİH-in qabağında yandıracağam” – DETALLAR Müstəqil jurnalist Rüfət Əhmədzadə Facebook sosial şəbəkəsində paylaşdığı statusda Abşeron rayon İcra Hakimiyyətində rastlaşdığı haqsızlıqdan yazıb.

Həmkarımız qanuni torpaq sahəsində iki otaqlı evi tikmək üçün RİH-də icazə ala bilmədiyideyib. Vəziyyət o həddə çatıb ki, R.Əhmədzadə intihara əl atmaq istəyir:

“Abşeron RİH-də qərəzli süründürməçilik bitmir, məni nə dinləmək, nə də İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəyirlər. Prezidentə şikayətimdən daha da qəzəbləniblər, sanki qisas alırlar. Anlamırlar, mən hər gün işdən icazə ala bilmərəm. Bu vicdansız məmurlara görə yeni işimdə də problem yaşayıram! Nahardan sonra başçının müavini İlham müəllimin qəbuluna gedəcəyəm. O da məni başından eləsə, günün sonunda özümü Abşeron RİH-in qabağında yandıracağam.

Sizə Seyidəhmədin oğlu kimi söz verirəm! Artıq bezdim bu "sabah"-"birigün"lərdən. Yetim adamam, qəpik-quruşla, kreditlə material almışam. Özüm də ürək nevrozundan əziyyət çəkirəm, stressdən intihar həddinə çatmışam. Bu qədər incitməzlər axı adamı! Milyonçulara villa tikməyə icazə verirsiniz, mənə qanuni torpaq sahəmizdə ikiotaqlı daxmanın icazəsini çox görürsünüz?!”

Nigar Məhərrəm
Cebhe.info
Tarix: 19-04-2017, 14:14
Xəbəri paylaş





Xəbər lenti