Adı “Tərtər işi”ndə hallanan general əmlaklarını satışa çıxarıb

Adı “Tərtər işi”ndə hallanan general əmlaklarını satışa çıxarıb
"Adı “Tərtər işi”ndə hallanana general Rasim Əliyev sahib olduğu əmlakın böyük bir qismini satışa çıxarıb. Satışa çıxarılan mülklər içərisində Bakı kəndlərində hektarlarla torpaq sahəsi, üç villa, xırda və orta ölçülü onlarla obyekt var". Bu barədə dia-az.info-ya göndərilən məlumatda qeyd olunur.

Xəbəri verən qaynaq daha sonra bildirir: "Xeyli müddətdir ki, “Tərtər işi”nə görə məhkəmə prosesinə şahid qismində cəlb olunan, zərərçəkənlər və onların yaxınlarının ittihamına məruz qalan generalın sahib olduğu əmlakları satışa çıxarması, onu tanıyanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi şəxslər hesab edir ki, general bununla adına olan əmlakların uzun siyahısından qurtulmağa, özünün “kasıb və təvazökar” obrazını yaratmağa çalışır. Görünür general əmlakı ilə bağlı hansısa təftişin aparıla biləcəyindən ehtiyat edir.

İkinci səbəb kimi isə generalın ölkəni tərk edə biləcəyi ehtimal olunur. Ola bilsin ki, Rasim Əliyevin məhkəmə proseslərinə davamlı dəvət edilməsi, məhkəmə zamanı zərərçəkənlərin onun ünvanına səsləndirdiyi ittihamlar generalı bərk narahat edib. Bu səbəbdən də generalın əmlakını sataraq ölkəni tərk edə biləcəyi istisna olunmur.
Xatırladaq ki, general Rasim Əliyev Tərtər prosesləri zamanı Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini vəzifəsini daşıyıb. General rəsmi şəkildə məsuliyyətə cəlb edilməsə də, zərərçəkənlər baş verən neqativ olaylarda onun rolunun kifayət qədər böyük olduğu qənaətindədir".
Tarix: 13-05-2024, 22:25
Xəbəri paylaş





Xəbər lenti