"Bu, insan adına böyük ləkə, nadürüstlükdür" - Seyran Səxavət

"Bu, insan adına böyük ləkə, nadürüstlükdür"
“Uşaqların beynəlxalq müdafiəsi ilə bağlı vəziyyət bərbad haldadır. Fələstinli uşaqdan soruşurlar ki, böyüyəndə kim olacaqsan? O, da cavabında deyir ki, biz böyümürük axı. Bax, uşaqların müdafiəsi ilə bağlı vəziyyət bu səviyyədədir”.
Bunu Bakupost.az -a açıqlamasında yazıçı Seyran Səxavət deyib.
O, dünya ölkələrini uşaq qətllərinə son qoymağa çağırıb:
“Uşaqların Beynəlxalq Müdafiə Günü yox, ili olmalıdır. Onların il boyu müdafiəyə ehtiyacı var. İstər Azərbaycanda, istər keçmiş SSRİ məkanında, istərsə də bütün dünyada. Ona görə də Uşaqların Beynəlxalq Müdafiə Günü haqda KİV-də nəsə görəndə, eşidəndə qıcıqlanıram. Bunlar sözdür. Əgər bir uşaq dünyanın gözü qabağında böyüklərin ağılsızlığı, vicdansızlığı və nəfsi ucbatından qurban gedirsə, utanmadan, abır-həya etmədən hansı bayramdan, hansı beynəlxalq gündən danışırıq?.
Uşaqların müdaiəsi üçün bütün bəşəriyyət toplanmalıdır. İndi dəbdə olmasa da, Allah Karl Marksa almanca rəhmət eləsin, vaxtilə deyirdi ki, "bütün ölkələrin proletarları, birləşin". Uşaqların Beynəlxalq Günü naminə bütün bəşəriyyətin birləşməyinə dəyər. Bəşəriyyət bunu anlamalı və dərk etməlidir. Mən heç kəsə dərs vermirəm, o cümlədən bəşəriyyətə də. Sadəcə yada salıram ki, belə olmaz. Bu, insan adına, Allahın insana elədiyi etibar adına böyük ləkədir, nadürüstlükdür”.
Qeyd edək ki, bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Tarix: 1-06-2024, 15:32
Xəbəri paylaş





Xəbər lenti