Bərdə təlaşda: İmamzadədə YANĞIN: İlanların evə girməsinin qarşısını almaq istədilər...- VİDEO

Bərdə təlaşda: İmamzadədə YANĞIN: İlanların evə girməsinin qarşısını almaq istədilər...- VİDEO Bərdə rayonunda qəbiristanlıqda yanğın olub. Yanğın Bərdə sakinlərinə xeyli gərgin anlar yaşadıb.

Cəbhə.info-nun bölgə müxbirinin xəbərinə görə, hadisə bu gün Bərdə İmamzadəsinin ərazisindəki məzarlıqda baş verib. Quru otların alışması getdikcə yanğının miqyasını genişləndirib. Yanğın qəbiristanlığa toplanan insanlar və əraziyə çağırılan yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbi kimi məzarlığın ətrafında yerləşən yaşayış evlərinin sakinləri tərəfindən ocaq qalanması göstərilir. Yanğınla bağlı sualları cavablandıran rayonun axundu Hacı Ramazan Hüseynov Bərdə ərazisində belə yanğınların ilk dəfə baş vermədiyini bildirib:

"Bu, ilk belə hadisə deyil. Hər il biz belə hadisələrin şahidi oluruq. Səbəbi insanların öz yaxınlarının məzarının ətrafını otlardan təmizlənməməsi və qəbiristanlığa yaxın evlərin sakinlərinin ocaq qalamasıdır. Sakinlərin isə ərazidəki ot alaqlarını yandırmaqda məqsədləri məzarlıqdakı ilanların evlərə girməsinin qarşısını almaqdır."

Din xadimi dəfələrlə bu halların baş verməməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparıldığını bildirib.

Siam.az
Tarix: 4-06-2017, 05:51
Xəbəri paylaş





Xəbər lenti