Aqil Nəzərli Laçın sakininə qarşı - ŞİKAYƏT

Aqil Nəzərli Laçın sakininə qarşı - ŞİKAYƏT "Elə vəziyyət yaradıblar ki, nə ailəmə yaxın düşə bilirəm, nə Taxtakörpüyə gedə bilirəm... Mən bunlardan xəstə anamın, iki körpə balamın ölməməsi üçün yer istədim, bunlar bizi həbslə təhdid etdilər". Laçın köçkünü Cənnət Hümbətovun sözlərinə görə, qalmağa yeri olmadığından Laçın rayon icra hakimiyyətindən köçkün ailəsi kimi yerləşdirilməsini tələb edib. Ancaq icra hakimiyyəti onu həbslə hədələyib.

"Günahım odur ki, fermada yaşamaqdan cana doymuşam. Günahım odur ki, xəstə anamın, iki körpə balamın küçədə ölməməsi üçün məskunlaşmağa yer tələb edirəm. Günahım odur ki, haqqımı tələb edirəm. 3 il əvvələdək fermada ağır durumda yaşamışıq. Sonra bir adamın bizə yazığı gəldi, Taxtakörpüdə öz evinə yerləşdirdi. Bu yaxınlarda evdən çıxartdı, heç əşyalarımızı da götürə bilmədik. Pərən-pərən düşdük, hərə birinin evinə yerləşdi. Mən də icra hakimiyyətindən tələb etdim ki, bizi yaşayış yeriylə təmin etsin, ailə olaraq bir yerə yığılaq. "Qaçqınkom"dan da gəldilər, icra hakimiyyətinə də bizi yerləşdirməyi tapşırdılar. Əvəzində icra hakimiyyəti bizi polisə "yerləşdirdi".

Cənnət Hümbətov özü Rusiya vətəndaşıdır. Həyat yoldaşının yaşayış qeydiyyatı Şuşayadır. Həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Hesab edir ki, qanun köçkün, təkuşaqlı ananın övladları ilə birlikdə məskunlaşdırılmasına yol verir.

Laçın rayon icra hakimiyyətindən bildirilib ki, Cənnət Hümbətovun ailəsinin məskunlaşdırılması ilə bağlı "Qaçqınkom"a müraciət olunub. Ancaq onun Rusiya vətəndaşı olması məsələləri bir az qarışdırıb. "Qaçqınkom" məsələni araşdırıb ailəyə rəsmi cavab məktubu göndərəcək.

Laçın polisindən isə bildirilib ki, C. Hümbətov məskunlaşdığı evdən çıxmadığından qarşıdurma yaranıb və onunla bağlı polisə müraciət olunub. Ailə üzvləri ilə birlikdə dəvət olunaraq izahatları alınıb. Hazırda C. Hümbətovla bağlı şikayətin araşdırılması davam edir.
Tarix: 7-06-2017, 11:17
Xəbəri paylaş





Xəbər lenti