Xocavənddəki oliqarx haqda yeni DOSYE

Xocavənddəki oliqarx haqda yeni DOSYE Bu günlərdə Xocavənd rayon Kənd Təsərrüfat İdarəsinin müdiri Rəfail Mustafayevin var dövləti, oğlanları üçün aldığı avtomobillər haqqında məlumat vermişdik.Həmin yazımızda qeyd etmişdik ki, bir qrup Xocavənd rayon sakini saytımızın electron poçtuna müraciət edərək Rəfail Mustafayevin dövlətin hesabına “kiçik oliqarxa” çevrliyidiyini və öz ailəsi üçün böyük var dövlət əldə etdiyini qeyd etmişlər.Həmin məlumatda bildirilirdi ki, Kənd Təəsərrüfat İdarəsinin müdiri Rəfail Mustafayev gündəlik vaxtını kef məclislərində keçirərir və vəzifə daşıdığı işlə belə məşğul olmur. İdarə müdirinin gündəlik yeyib içmək məclisində xərclədiyi pullar isə işçilərinin əmək haqqlarından daha çoxdur. Cumhuriyyet.az-ın electron poçtuna göndərilən məlumatda qeyd edilirdi ki, Rəfail Mustafayev təkcə oğlanları Bəxtiyar, Yaşar Mustafayevlərin hər birinə 99 DH 066 seriyalı “Land Kruse” və 99 ZS 818 seriyalı “Nissan Sani” avtomobilləri alıb. Bundan başqa idarə müdirinin Bakı şəhəri Nizami rayonunda 3 otaqlı evi, həmçinin həmin binanın altında 300 kv metr obyekti, Xətai rayon H.Aslanov metrosunun yanında binada 3 otaqlı mənzil, Saray qəsəbəsində isə qiyməti yarım milyona yaxın olan dəbdəbəli villası mövcuddur. Bundan başqa Rəfail Mustafayevin Beyləqan şəhər Rəşid Behbudov küçəsi 20-də dəbdəbəli imarəti var.
Xocavənd rayon sakinləri yuxarıda bildirdiklərimiz mal-mülklər əslində idarə müdirinin əmlklarının kiçik bir hissəsi olduğunu və bu siyahıya əlavə olaraq Xocavənd rayonunda 2 məcburi köçkün evinin yerində tikilən dəbdəbəli ev, 50 hektar torpaq sahəsi, 300 mal qara və Ağcakənddə dəbdəbəli villanı da qeyd etmək olar. Həmin məlumatda vurğulanırdı ki, “kiçik oliqarx” Rəfail Mustafayev yaxın ətrafının yanında daim hakimiyyətin siyasətini tənqid etməklə bərabər, Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovun da arxasınca danışmaqdan çəkinmir. İdarə müdirinin arxasında isə nüfuzli bir şəxsin dayandığını və buna görədə ona heç kəsin gücünün çatmadığı qeyd edilir. Cumhuriyyet.az-ın electron poçtuna göndərilən məlumatda qeyd edilirdi ki, Rəfail Mustafayev işlədiyi Xocavənd rayon Kənd Təsərrüfat İdarəsinin hesabına dövlət vəsiatlərini müxtəlif adlar altında mənimsəyir. Bu mənimsəmələr əsasən dövlət tərəfindən torpaqlların becərilməısi üçün verilən gübrələr, müxtəlif dərman pereparatları və yerli əhali üçün ayrılan subsidiya yardımıdır. Saytımıza gönədrilən məlumatda vurğulanır ki, Rəfali Mustafayev hər il idarəyə ayrılan subsisiya vəsaitini və gübrələri yaxın qohum əqrabasının, adamlarının adına yazdırmaqla mənimsəyir.Göndərilən siyahıda bir neçə şəxsin adı maraqlı gəldiyi üçün dərc etməli olduq. Balakişiyeva Əli Abdulla qızı –qohumu, Balakişiyeva Bəhruz – işçisi, Hacıyev Tarzan – qohumu, Həsənov Xankişi – kəndçisi uzaq qohumu, Həsənova Süqra – kəndçisi, uzaq qohumu, Qurbanov Yadigar – kəndçiis yaxın adamı, Mustafayev Bərsail – qardaşı oğlu, Rəhimov Eldəniz –yaxını, Rəhmanov Hüsən – qohumu, Mirzəyev Taleh – qohumu, Həsəsnov Turan- bacııs oğlu, Mustafayev Tofiq –qardaşı. Siyahını uzatmaqda olar lakin saytımız agöndərilən şəxslərin içində Rəfail Mustafayevin yaxın ətrafının adlarını on agörə dərc edirik ki, idarə müdiri hər bu şəxslərin və digərlərinin adlarına subsidiya yardımı yazdıraraq cibinə qoyur. Görünür himayədarına arxayın olan Rəfail Mustafayevin gözü heç nəyi görmür. Bildirək ki, saytımıza göndərilən digər məlumatlarla bağlı araşdırmallarımız davam edir.
Tarix: 16-06-2017, 00:47
Xəbəri paylaş





Xəbər lenti