Əlixan Zeynalov kimə güvənir? - 4 saylı Şirvan MERO-sunda nə baş verir?

Əlixan Zeynalov kimə güvənir? - 4 saylı Şirvan MERO-sunda nə baş verir? BDYPİ-nin Şirvan Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi özündən əvvəlki rəisin bütün kadrlarını hədəfə alıb. Gundeminfo.az-a daxil olan məlumata əsasən Əlixan Zeynalov özündən əvvəlki rəis Vüqar Məmmədyarovun bütün adamlarını, hətta texniki heyyətdə yer alan sıravi işçilərini də ixtisar adı ilə işdən azad edib. V.Məmmədyarovun BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsin Gəncə Şəhər Regional İdarəsinə rəis təyin edilməsindən sonra Şirvandakı idarədə sözün əsl mənasında xaos yaranıb. Məlumata əsasən BDYPİ-ndə belə tabe olduğu rəislərinin göstərişlərinə baxmayaraq Əlixan Zeynalov istədiklərini etməkdə israrlı görünür.

Aldığımız informasiyalara əsasən Ə.Zeynalov hər yerdə Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyx Hacı Allahşükür Paşazadənin adamı olduğunu bildirir və iddia edir ki, ən yaxın zamanlara daha yüksək vəzifəyə təyinat alacaq.

Məlumatlara görə Ə.Zeynalov Şirvan Regiaonal İdarəsinə tabe olan bütün “Sürücülük məktəbləri” nin rəislərini toplayaraq qaydaların dəyişdiyini bundan sonra həmin məktəblərə veriləcək “haqq”ın kəsildiyini bildirib. İnformasiya verən mənbə gundeminfo.az-a deyib ki, adətən iş yerində tapılmayan və rəhbərliklə hər hansı bir əlaqəsi yaratmayan Əlixan Zeynalov adətən “iməcliklərdə” “ağacəkmə kampaniyalar”nda olur. İnformasiyaya görə iş yerində tapılmayan Əlixan Zeynalov yeni adamlarına bu bəhanələrlə idarədə olmadığını deyir.

4 saylı Şirvan MERO-da baş verənlərlə bağlı reportajımızı da yaxın günlərdə təqdim edəcəyik:

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 16-06-2017, 16:29
Xəbəri paylaş





Xəbər lenti