Massallı rayonu Xallıcallı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlu qarşılaşdığı qanunsuzluqla bağlı Ölkə Rəhbərinə müraciət edib.
Son illərdə ölkəmizdə əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, innovativ sahibkarlığın stimullaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə davamlı inkişafın təmin edilməsi baxımından xüsusi ilə əhəmiyyətlidir.
Lakin buna baxmayaraq rayonlarımızda hələ də öz mənafeləri üçün iş adamlarını, sahibkarları, kişik biznesi olan insanları incidən məmurlarımız var və onlar barəsində şikayət məktubları,ardı-arası kəsilmədən aidiyyatı qurumlara cümlədən, redaksiyamıza daxil olmaqdadı.
Masallı sakini Quliyev Vidadi sahibkar olaraq yaşadığı rayonun Qarğalıq Bələdiyyəsinin əhatə etdiyi əraziyə daxil olan Xallıcallı kəndində yerləşən , 1932-ci ildn fəaliyyətə başlayan 61,42 ha su tutarının icarəyə götürmək istəyən Vidadi Quliyev “Dövlət proqramına əsasən” Azərbaycan respublikası Əmlak məsələləri Dövlət Komitəsi tərəfindən Hərraca çıxarılması ilə bütün lazımi sənədlərlə , qanuni prosedurlarla Respublika Əmlak Məsələləri Dövlət komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Cəlilabad 15 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 16fevral 2016-cı ildə keçirdiyi hərracda iştirak edib, hərracın qalibi olmuşdur. Rəsmi sənədlərdə buna bir növ sübütdu.
Quliyev Vidadiyə Hərrac komissiyası tərəfindən AM seriyalı 001977 n-li Şəhadətnamə verilib , torpaq icarə haqqını da Bələdiyyəyə ödəyib.
Lakin bütün problemlər və haqqsızlıqlar bundan sonra başlayıb.
Bildirilib ki, 20 gün ərzində torpaq və mülki qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmalıdı.
Lakin dəfələrlə müraciətə baxmayaraq Bələdiyyə heç bir əsas gətirməmƏklə müqavilə bağlamasından imtina edib və açıq aşkar görünür ki ,rayonun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Bələdiyyə sədri Y.Zalovdan bələdiyyənin möhürünü və ştampını almlış, onu cəzalandıraraq sədr vəzifəsindən çıxrtmışdır.Dövlət rusumundan qat-qat artıq rüşvət tələbi isə danılmazdır. Ətrafına isə Özünə kölə olanları yığır ki, hegomonluğunu edə bilsin. Hər bir obyekt və istirahət mərkəzlərinin öz rüsumu var( növbəti araşdırmamızda adları açıqlanacaq).Onun dediyi məbləğı çatdırmayanda işdən ani sürətdə azad edilirlər. Bu baxımdan da Bələdiyyə sədri də başqa birinə həvalə edilmişdir.
Quliyev Vidadiyə isə xəbərdarlıq edir, müxtəlif yollarla təzyiqlər etdirir, hərracın nəticəsini dəyişməkçün sahibkara küllü miqdarda zərər verir.
Bu kobud qanun pozuntusu olaraq Masallı Rih başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əleyhinə çıxır,sahibkarlara dəstək haqqında qanunlara məhəl qoymur, Sahibkarların Konstitusiya ilə qorunan haqqlarını pozmaqda davam edir. Quliyev Vidadi ölkə rəhbərinə bu işlə bağlı müraciət edib . Ümidvarıq ki, Prezidentimiz hər zamanki kimi öz humanistliyini göstərəcək, Sahibkara qanunla Vətəndaş hüququnu pozmuş şəxslər barəsində ciddi tapşırıqlar mütləq verəcək.
Çünki Masallı RİH başçısı rayonda öz hegomonluğunu göstərir, əhaliyə qarşı sərt və ağır cəzalar tərtib etdirir. Mənbəənin verdiyi məlumata görə İcra başçısı rayonda olan bütün sahibkaralara divan tutur, təzyiqlər edir, öz vəzifəsindən sui-istifadə edir. Rayonun abadlığına ayrılan vəsaiti öz şəxsi bizneslərinə , imarətlərinə, sanatoriyalarına xərcləyir, ölkə daxilində, xaricində milyonluq obyektlər inşa etdirir, xaricdə istirahət edir, şəxsi karyerasını gücləndirir. Masallı rayonunda uşaqdan böyüyə hamı qorxu işində yaşayır. Çünki kim haqqınə tələb edirsə, onu acınacaqlı həbs , şərlənmələr gözləyir.
Araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
RİA24.AZ
Tarix: 7-07-2017, 16:13