Bakıya gəlmək istəyən icra başçısı… – İTTİHAM VAR

Bakıya gəlmək istəyən icra başçısı… – İTTİHAM VAR Bir müddət əvvəl yerli KİV-də belə bir informasiya dövriyyəyə buraxıldı ki, guya hazırda Biləsuvar rayon icra hakimiyyətinin başçısı postunu tutan Mahir Quliyevi Bakının rayonlarından birinə rəhbər təyin edilməsi ideyası mövcuddur. Sonradan isə məlum oldu ki, bu kimi xəbərlər elə Mahir Quliyevin özünün yastığının altından çıxıb. Şanki məhz həmin ərəfədə Hesablama Palatası tərəfindən Biləsvuar RİH-də baş verən şok qanunsuzluqlar və yeyinti faktları ictimailəşdirilmişdi. Belə bir ərəfədə isə Mahir Quliyev "Məni Bakıya aparırlar" deyərək vəziyyətdən çıxmağa çalışmışdı. Amma alınmadı. Çünki DİA.AZ-a daxil olan son xəbərlər də bunun əksini söyləyir.

Məlumatlı mənbə redaksiyamız bildirir ki, Mahir Quliyev davaçlı olaraq medianın gücündən yaralanmağa çalışıb: "Bu yolda rəqiblərinə qarşı qara piar kampaniyasından belə çəkinməyib". Yəni mənbə Biləsuvar icra başçısının konkret intriqabazlığa meyilli olduğunu iddia etməklə yanaşı dia.az-a açıqlamasında Mahir Quliyevin qeyd olunan metodla rəqiblərinə zərbə vurmağa meyilli olduğunu da vurğulayır.

Mənbənin dia.az-a söylədikləri: "Amma "yuxarılar" bunu gözəl bilirlər və bu günlərdə veriləcək qərar da elə Mahir Quliyevin əsl qiyməti olacaq". Xəbəri verən qaynaq iddia edir ki, avqust ayının ilk ongünlüyündə Biləsuvar rayonunda yeni başçı göndəriləcək: "Mahir Quliyev isə Bakıya vəzifəyə yox, təqaüdə gedəcək. Əslində etdiyi əməllərinə görə, onun barəsində cinayət işi açılmırsa, bu o deməkdir ki, Mahir Quliyev elə təqaüdə göndərilməklə də mükafatlandırılmış olur".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Siam.az
Tarix: 25-07-2017, 19:47
Xəbəri paylaş





Xəbər lenti