Ferması yanan deputatla bağlı iddialar - VİDEO

Ferması yanan deputatla bağlı iddialar - VİDEO Xəbər verdiyimiz kimi, Lerik rayonunda broyler fabrikində partlayış baş verib.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.


AZXEBER.COM xəbər verir ki, Piran kəndindəki “Lerik Broyler” MMC adlı şirkətdə baş verən partlayışdan sonra bu şirkətin kimə məxsus olduğu ortaya çıxıb. Belə ki, millət vəkili İqbal Məmmədovun sahibi olduğu “Lebro” broylerinin ekologiyaya ziyan vuraraq, xəstəlik yaymaqla məşğul olması ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc edilsə də heç bir addım atılmayıb. Hətta bununla bağlı ərazidə yaşayan sakinlər dəfələrlə müraciətlər də ünvanlayıblar.

Məsələn 2016-cı ilin avqust ayında Lerik rayonu Piran kəndinin sakinlərinin imzaladıqları şikayət ərizəsində deyilir:

“”Lebro” Broyler tərəfindən Piran kəndi sakinlərinin suyundan gündəlik istifadə etdikləri çaya kəsilmiş toyuqların qanı axıdılır. Deputatın özünə bu barədə dəfələrlə deyilib, amma heç bir nəticə görməyib. Başqa media orqanlarına da şikayət etmişik, yazıblar, amma İqbal Məmmədovun heç kimdən qorxusu yoxdur”.

Milli Məclisin ən fəaliyyətsiz deputatladan biri hesab olunan İqbal Məmmədovun biznesmen deputatlardan biri olduğu məlumdur. Deputat yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri olan “Kaspi-Yıldız” Azər-Türk MM” şirkətinə də sahibdir.

İ.Məmmədov deputat seçildikdən sonra qardaşı Çingiz Məmmədovu şirkətin başına gətirib. “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır. Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da sıx münasibətləri olan İqbal Məmmədovun yanğınsöndürmə qurğuları buna görə bazarda daha çox satılan qurğudur. FHN əməkdaşlarının da obyektlər üzərində əsas tələblərindən biri məhz bu şirkətə məxsus avadanlıqların quraşdırılmasıdır.

Bundan başqa İqbal Məmmədov Lerikdə fəaliyyət göstərən “Relax” Əyləncə Mərkəzinin də sahibidir.

Qeyd edək ki, deputatın adı bundan başqa bir çox dələduzluq hadisələrində də hallanıb.
Tarix: 28-07-2017, 09:08
Xəbəri paylaş





Xəbər lenti