Taleh Qaraşovla Aqil Nəzərlinin korrupsiyası rəsmən ifşa edildi - Özəl təfərrüat

Taleh Qaraşovla Aqil Nəzərlinin korrupsiyası rəsmən ifşa edildi - Özəl təfərrüat Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb

Ulus.Az-ın xəbərinə görə, Lənkəran və Laçın icra hakimiyyətlərində nöqsanlar aşkarlanıb. Nazirliyin Nəzarət Xidməti toplanan materialları Baş Prokurorluğa göndərib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına əsasən, 5 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılmış və cəmi 169,0 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Lənkəran rayon icra başçısı Taleh Qaraşovla Laçındakı həmkarı Aqil Nəzərlinin mənimsəmə faktlarının aşkarlanması korrupsiya hesab olunur.

Lənkəranda yolların təmirindən tutmuş kanalizasiya xəttini çəkilməsi, abadlıq işlərindən materiallara qədər hər birində yeyintiyə yol verilib.

Adi fakt: prezident İlham Əliyev Lənkəran rayonuna 2,5 milyon manat pul ayırılmasına dair sərəncam imzalamışdı. Həmin sərəncama əsasən bu vəsait 10-dan artıq kəndi birləşdirəcək Lənkəran-Boladi yolunun yenidən qurulmasına sərf olunmalıydı.

Qeyd olunan 2,5 milyon manat pul əlavə vəsait kimi nəzərdə tutulub. Çünki bundan əvvəl də həmin yolun çəkilməsi üçün büdcədən vəsait ayrılıbmış. Amma Boladi yolunu gedənlər yaxşı bilirlər ki, çəkilən asfalt görüntü üçündür.

Çünki yeni çəkilmiş bu yoldakı «yama»ların sayı o qədər çoxdur ki, onun yeni olmasına qətiyyən inanmaq olmur. Üstəlik, keyfiyyətsiz işin ilk nümunəsi də elə yol boyunca diqqəti çəkir.

Prezidentin növbəti dəfə 2,5 milyon manat ayırmasından sonra Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sevincinin həddi-hüdudu olmayıb. Hətta iş o yerə çatıb ki, Qaraşov işçiləri ilə ən şit zarafatlara qədər edib.

Aqil Nəzərli də Taleh Qaraşovdan geri qalmır. Laçın rayonunda korrupsiya, rüşvət xorluq, məmur özbaşınalığı və qohumbazlıq dözülməz həddə çatıb.

Aqil Nəzərli rayona başçı təyin olunduğu gündən rayonda idarəçilik sıfır səviyyəsinə düşüb. A.Nəzərli dövlət tərəfindən məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan vəsaitlər hesabına şəxsi biznesinə investisiya yatırır.

A.Nəzərli 10 fevral 2017-ci il tarixdə Laçın rayon idarə və müəssə rəhbərlərin, kənd icra nümayəndələrin və məktəb direktorlarını yığaraq Ağcabədi rayonu ərazisindəki Taxta-körpü qəsəbəsində hesabat yığıncağı edib.

Olmayan işlərin görüldüyündən danışıb. Hesabat yığıncağına bir nəfərdə olsun sıravi vətəndaş buraxılmayıb.

A.Nəzərli 11 aydır rayona rəhbərlik edir, bu 11 ay ərzində heç bir abadlıq və quruculuq işləri görülməyib. A.Nəzərli əhalinin problemləri ilə maraqlanmaq, həll etməklə deyil kadr alveri ilə məşğul olur.

A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarır. İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından aslı olmayaraq pulu olan istənilən şəx pulun verib vəzifə ala bilər.

Adi dövlət qulluqçsundan tutmuş, idarə və müəssə rəhbərliyinə icra başcısının müavin postuna kimi istənilən vəzifə hərac yolu ilə tutulur açıq bazar mühitidir.

obyektiv.org
Tarix: 29-07-2017, 17:50
Xəbəri paylaş





Xəbər lenti