Biləsuvar rayon ƏSMM-in əməkdaşları, ünvanlı sosial yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır
Mərkəzin müdir müavini şikayətçi vətəndaşlara açıq şəkildə deyir ki, nazirliklə anlaşmamız var və baş verənlərdən Səlim Müslümovun yaxın ətrafının xəbəri var.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindəki qanunsuzluqlar və rüşvətxorluqla bağlı mütəmadi olaraq mətbuatda məlumatlar dərc olunmaqdadır. Çox təəssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi şikayətçi əhalinin bu narazılıqlarını görməməzlikdən gəlir və bir qayda olaraq mətbuatda dərc olunan neqativ hallara laqeyd yanaşmaqdadır. Bu da təbii olaraq yerlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbələrinin fəailiyyətində arxayınçılıq yaradır və eyni zamanda dövlətin sosial qayğısına ehtiyacı olan şikayətçi əhaliyə qarşı gdələtsizliyin ortaya çıxmasına səbəb olur.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev qısa müddət əvvəl mətbüat günü ilə əlaqədar jurnalistlərə mənzillər hədiyyə edərkən demişdi ki, mətbuatı hər gün izləyir və ölkədə baş verən neqativ hallarla bağlı ölkə mətbuatından xəbər tutur. Görünür ki, prezidentdən fərqli olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi mətbuatı izləmir, ya da mətbuata qarşı həddindən artıq laqeyd münasibət bəsləyir.
Xatırlaldaq ki, Səlim Müslümovun başçılıq etdiyi nazirliyin məmurları vətəndaşların dövlətin sosial qayğısına ehtiyacı olan kəsiminin problemlərinə diqqət ayırmaq, onların həllinə nail olmaq əvəzinə, qanunsuz əməllərinin siyahısını günü-gündən artırırlar. Həqiqət naminə deməliyik ki, nazir Səlim Müslümov rayonlardakı şöbələrdə baş verən qanunsuzluqların qarşısının alınması üçün demək olar ki, hər vasitəyə əl atır. O dəfələrlə nazirliyin rayon şölərinin rəhbərlərinə xəbərdarlıq edib, hətta onları iclas zalında işdən azad edərək zaldan qovub. Hətta sosal iüavinətlərin verilməsinin şəffaflığını təmin etmək məqsədi ilə bu sahə tamamilə elektronlaşjırılıb. Lakin bildiyimiz kimi odur ki, probem öz həllini tapmır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrində korrupsiya halları getdikcə artmaqda davm edir. Bu da onu göstərir ki, rayon şöbələrinin bu neqativ fəaliyyətlərini nazirlikdə kimsə, ya da kimlərsə koordinasiya edir və rüşvət və korrupsiya pullarını mərkəzləşdirilmiş şəkildə toplamaqdadırlar.
Bu dəfə AzMedia.info-a Biləsuvar rayon ƏSMM-dən şikayət daxil olub. Saytımıza məlumat verən rayon sakinləri bildirir ki, şöbəyə rəhbərlik edən Fərasim Əliyev ünvanlı sosial yardım almaq istəyən ehtiyac sahibi sakinlərdən buna görə rüşvət tələb edir.
Məlumatda bildirilir ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır.
Qeyd edək ki, ölkənin ən kasıb rayonlarından biri olan Biləsuvarda ünvanlı sosial yardım kateqoriyasından olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Şikayətçilər bildirir ki, onlar dəfələrlə VEMTAS sisteminə müraciətlər etsələr də, sonda onlara müsvət cavab verilmir. Qəribədir ki, rüşvət verərək Fərasim Əliyevin ünvanlı sosial yardıma baxan müavini ilə anlaşan şəxslərə VEMTAS-dan müsbət cavab gəlir.
Rayon sakinlərinin iddialarına görə Fərasim Əliyev və müavininə yaxın olan “maklerlər” açıq şəkildə vətəndaşlara deyirlər ki, müdriyyət “yuxarı ilə anlaşıb” və buna görədə rüşvət verməsəniz yardım ala bilməyəcəksiniz.
Biləsuvarda elə vətəndaşlar var ki, onların maddi imkanları yetərincədir və həyat səviyyələri də yüksəkdir. Amma Fərasim Əliyev və onun “komandası” həmin şəxslərin ünvanlı sosial yardım almalarını hansısa yollarla həll ediblər. Halbuki rayonun elə kənd sakinləri var ki, onların dövlətin yardımına ciddi ehtiyacları var.
Ehtiyacı olanların yardım almaq hüququnu əlindən alan, dövlətin yaşamaq üçün onlara verdiyi kiçik məbləğə göz dikən Fərasim Əliyev və onun müavini kifayət qədər imkanlıqohumlarının və yaxınlarının adına sosial yardımlar yazdırıblar. Bu yardımları bir çox isə onun öz ciblərinə axır.
Araşdırmanəticəsində öyrəndik ki, idarə müdiri və komandası yüzlərlə vətəndaşa sosial yardım və saxta pensiya düzəltməklə maliyyə durumlarını yüksək səviyyədə yaxşılaşdırıblar. Və bu vətəndaşların verdikləri rüşvət hesabına başa gəlib.
Saytımıza daxil olan məlumata əsasən DSMF-nin Biləsuvar rayon şöbəsi ilə birləşdirilərən ƏSMM-mərkəzinin indiki müdiri Fərasim Əliyevin qazancı rüuşvət alaraq ünvanlı sosial yardım düzəltməklə bitmir. Rayondan saytımıza verilən məlumatda vurğulanır ki, idarə müdirinin əsas qazancı pensiya maxinasiyasıdır. Belə ki, hər ay pensiyaya çıxan onlarla vətəndaşa geriyə yüksək əmək haqqı yazmaqla on min manatlarla qazanc ədlə edən müdir, həmçinin staj artırmaq, saxta pensiya düzəltmə işi ilə ciddi şəkildə məşğul olur.
Şikayətçilər bildirir ki, bütün bunlardan gözləri doymayan Fərasim Əliyev və müavini əlbir olaraq 2 illik sosial yardım müavinatı üçün rüşvəti 3 aylıq müavinatdan 5 aylığa çıxardıblar. Müdir müavini onlardan şikayət etmək istəyən şəxslərə isə açıq şəkildə deyir ki, nazirliklə anlaşmamız var və baş verənlərdən Səlim Müslümovun yaxın ətrafının xəbəri var.
Bildirək ki, saytımıza Biləsuvar rayonunda qanunsuz sosial yardım alan vətəndaşların siyahısı göndərilib. Həmin siyahını araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Bizi izləməkdə davam edin.
Qarşı təərfin mövqeyini verməyə hazırıq.
Tarix: 7-08-2017, 14:15