Biləsuvarda prezidentə saymamazliq: ittiham - Video

Biləsuvarda prezidentə saymamazliq: ittiham - Video “Bundan əvvəl 8 hektar yonca sahəmi suzuzluqdan yandırıblar, indi isə 2 hektar pomidor sahəmi qəsdən su vermirlər ki o da yansın”.

Bunu redaksiyamıza Biləsuvar rayonundan şikayətlə müraciət edən təsərrüfat sahibi Ələddin Ələsgərli bildirib.O qeyd edib ki, məsələ ilə əlaqədar dəfələrlə Suvarma idarəsinin direktoru Ədalət Babayevə və Su kanal idarəsinin rəhbəri Kamil Mirzəyevə müraciət olunsa da, problem həll olunmayıb. Problemin səbəbinə gəlincə, Ələddin Ələsgərli bunu son vaxtlar hökumətin həyata keçirmək istədiyi pambıq kampaniyası ilə əlaqələndirib.

“Ümumiyyətlə Biləsuvarda pambıq əkməyənlərin suyunu kəsib, təsərrüfatlarını məhv edirlər. Suyu ancaq pambıq əkənlərə verirlər, digərlərinin suyunu kəsirlər. Bizə icra başçısı adından açıq deyilir ki, pambıq əkməyənlərə su verilməyəcək, gedin başınıza çarə qılın”, – Ələddin Ələsgərli bildirib.



Problemlə əlaqədar Kamil Mirzəyevlə əlaqə saxladıq. O, bu məsələnin ona aidiyyatı olmadığını bildirdi. Mən Su kanal idarəsinin rəhbəriyəm, suyun necə bölüşdürülməsi mənim səlahiyyətimdə deyil. Qeyd edək ki, Kamil Mirzəyev həm də YAP-ın Biləsuvar rayon təşkilatının sədridir. Rayonda aparılan pambıq kampaniyasının ona aidiyyatı ilmaması haqqında deyilənlər inandırıcı görünmür.

Məsələ ilə əlaqədar Ədalət Babayevlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Mövzunu davam etdirəcəyik.
Tarix: 18-08-2017, 13:35
Xəbəri paylaş





Xəbər lenti