Pedaqoji Universitetin Ağcabədi filialında biabırçı mənzərə - FOTOLAR
Azərbaycan Pedaqoji Universitetin Ağcabədi filialının drektoru açıq şəkildə ümummilli lider Heydər Əliyevin şəkillərinə hörmətsizlik nümayiş etdirir
Guşədəki şəkillər elə günə düşüb ki hətta yaxından və diqqətlə belə baxdıqda şəkillərn kimə aid olması ayırd etməkdə adam çətinlik çəkir.
Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən qaununsuzluqlar ölçüyə gəlməz hala çatıb. Ölkə mediasında bu qanunsuzluqlarla bağlı yazılar geniş yer alsada nə Təhsil naziriliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında baş verən biyabırçılıq və özbaşınalıqlarla bağlı müvafiq tədbirlər görülmür.
Siam.az Obyektiv.org-a istinadən xəbər verir ki, filial direktorunun özbaşınalıqları yerli sakinlər tərəfindən də ciddi narazılığa səbəb olur. Filial rəhbəri vəziyyəti o həddə çatdırıb ki, filal işçiləri belə onu rəhbər kimi saymır. Çünki filal drektoru Mətanət xanım son zamanlar rüşvətə başı qarışdığından işçiləri ilə belə doğru-düzgün məşğul olmur. Filialı açıq rüşvət yuvasına çevirən Mətanət xanımın yerli əhaliylə olduğu ki, təhsil ocağının işçiləri ilə də ciddi problemləri var.
Adının çəkilməyin istəməyən filial işçilərindən birinin obyektiv.org-a verdiyi məlumata görə filialın direktoru müsavatçıdı və elə bu üzdən də ümummilli lider Heydər Əliyevə qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirir. Bunu bariz nümunəsi isə ümummilli liderin univeristetin girişində yaradılmış Heydər Əlitev guşəsində asılmış ,şəkillərin, bozarmış və bərbət gündə olamasıdır. Aşağıda sizlərə təqdim edəcəyimiz fotolardan da görünür ki, faktiki olaraq filialın direktoru bütün Azərbaycan xalqının qəlbində yer tutan ümummilli liderə olan hörmətsizliyini açıq şəkildə nümüyiş etdirir və bundan çəkinmir. Guşədəki şəkillər elə günə düşüb ki hətta yaxından və diqqətlə belə baxdıqda şəkillərn kimə aid olması ayırd etməkdə adam çətinlik çəkir.