Cəlilabadda 43 yaşlı kişi arvadını döyərək öldürdü

Cəlilabadda 43 yaşlı kişi arvadını döyərək öldürdü Cəilabadda ər həyat yoldaşını qətlə yetirib. “ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb.

Rayon sakini, 43 yaşlı İsmayıl İsmayılov arvadı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Qətli törədən şəxs polis tərəfindən yaxalanıb. İ.İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tarix: 28-08-2017, 22:42
Xəbəri paylaş





Xəbər lenti