Laçin təhsilində 10 milyon manatliq korrupsiya - İDDİA
"Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev Laçın rayon təhsil şöbəsində aparılan yoxlamalar zamanı dövlətə xəyanət edərək, şəxsi maraqlarını dövlətin maraqlarından üstun tutub. Ə.Nəbiyevin rəhbərlik etdiyi yoxlama komissiyasının üzvləri 5 aydır kı, Laçın rayon təhsil şöbəsində 12 ilin maliyyə yoxlamalarını apararkən, 10 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi aşkarlanıb. Ə.Nəbiyevin rəhbərlik etdiyi yoxlama komissiyasının üzvlərinin orta məktəblərdə apardıqları yoxlamalar zamanı o da məlüm olub ki, bir çox məktəblərdə illərlə tədris olmayıb, dərs jurnaları belə yoxdur, sadəcə, dövlətin vəsaiti mənimsənilib. Aşkarlanmış bu kimi ciddi nöqsanlar heç də qabardılmyıb". Bu fikirlər Laçın rayon sakini, hazırda Ağcabədi rayonunda Taxta-Körpü ərazisindəki Şeylanlı Obasında müvvəqəti məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlunun Prezident İlham Əliyevə ünvanladığı müraciətdə əksini tapıb. Qeyd edək ki, Baxşeyiş Xudayarov həmin müraciətin surətini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya, Maliyyə naziri Samir Şərifova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də ünvanlayıb. "Gündəm Xəbər"in redaksiyasında daxil olan müraciətdə bildirilir ki, Ədalət Nəbiyev hər bir məktəbdə mənimsənilmiş vəsaitləri öz dəftərində qeyd etsə də, sonradan bunu rəsmiləşdirməyib: "Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirmək üçün rəhbərlik etdiyi yoxlama komissiyasının üzvlərinə yol verilmiş maliyyə pozuntularına düzəliş etmək barədə tapşırıq verib. Komissiya üzvləri hazırda bununla məşğuldurlar. Məktəblərin mütləq əksəriyyətində yol verilmiş maliyyə pozuntularına düzəliş etmək mümkün olmadığından Ədalət Nəbiyev Laçın Rayon Təhsil Şöbəsinin müdri Nicat Həsənova həmin məktəblərin arxivlərini müxtəlif yollarla yox etmək barədə tapşırıq verib. Ədalət Nəbiyev bir çox məktəblərdə yoxlama prosedurlarını pozaraq 12 ilin əvəzinə son 5 ilin maliyyə yoxlamalarını aparıb. O, 5 aydır ki yoxlamanın nəticələrini ictimaiyyətə açıqlamır". Baxşeyiş Xudayarovun bildirdiyinə görə, Laçın rayon Təhsil Şöbəsinin müdri Nicat Həsənov Maliyyə Nazirliyindən gələn yoxlamaya elə bir ziyafət təşkil edir ki, Maliyyə Nazirliyinin əməkdaşları nəyə gəldiklərini belə unudurlar və vətəndaşın imzası olmadan saxta imza ilə Maliyyə naziri Samir Şərifov cənablarına vətndaşın adından izahat təqdim edirlər. Müraciətinin sonunda Baxşeyiş Xudayarov yazır: "Cənab Prezident! Ədalət Nəbiyev yüksək məbləğdə dövlət vəsaitini mənimsəmiş direktor və müəllimlər vasitəsi ilə mənə təziqlər edir ki, sizə və adiyyatı dövlət orqanlarına müracət etməyim. Sizdən acizanə şəkildə xahiş edirəm mənim və ailə üzvlərmin təhlükəsizliyinin təmin oluması barədə göstəriş verəsiniz". Ümid edirik ki, hüquq-mühafizə orqanları yazıdakı faktlarla bağlı müvafiq araşdırma aparacaq və dövlət vəsaitini mənimsəyənlər layiqli cəzalarını alacaqlar.
GundemXeber.Az
Tarix: 30-08-2017, 13:11