Polkovnik Azər Paşayevdən Xaçmazlılar narazılıq edir
Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polkovnik Azər Paşayev və qardaşı Fikrət Paşayevin əməlləri ilə bağlı narazılıq getdikcə böyüyür. Artıq iş o yerə çatıb ki, onların əlindən cana doyan balıqçılar redaksiyamıza müraciət etmək qərarına gəliblər.
Belə ki, bir qrup balıqçı Unikal.org-a şikayət məktubu ünvanlayıblar.
Narazılar bildirilər ki, Paşayev qardaşlarının əlindən nə evlərində rahat oturur, nə də dənizə çıxa bilirlər:
"Məlumat üçün bildirək ki, 2003-cü ildən Fikrət Paşayev Sumqayıt-Xaçmaz regionu üzrə sektorun müdiri vəzifəsində çalışıb. Həmin illərdə Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini Azər Paşayevin adından istifadə etməklə camaata (balıqçılara) qan uddurub. Qardaşları Adil və Rauf Paşayevlər brokonerliklə məşğul olurlar. Bu proses 2017-ci ilin yarısına, yəni Fikrət Paşayevin işdən azad olunmasına qədər davam edib. İndi də əlində saxta bülletenləri göstəriri ki, yenidən işinə qayıdacaq.
Fikrət Paşayevin işdən azad olunduğu vaxta kimi bir sözünü iki edən olmayıb. Amma işdən çıxandan sonra Fikrət Paşeyev həqiqətə uyğun olmayan yazılar yazdırdı. Biz də Azər Paşayevin qorxusundan həmin prosesdə iştirak etdik. Nizami Şəfiyev kimi muzdlu adamlarla yalan, böhtan, şər xarakterli yazılar yazdırdı. Nizami Paşayev yalançı bir cəmiyyət yaradıb. 1990-cı və 2012-ci ildə banklardan kredit almaq üçün minlərlə adama 700 manatdan əmək haqqı yazıb. Onlara saxta arayış verməklə külli miqdarda pul mənimsəyib. 2014-cü ildə 3.5 il həbs cəzası alıb. Bizi gecə-gündüz evimizdə oturmağa qoymurdular. Kimlərinsə əleyhinə məktub yazmağa, onlara şər atmağa məcbur edirdilər. Onlar arxalarında güclü adamların olduğunu deyirlər. Amma bu təzyiqləri dayandırmasalar, məsələni daha yuxarı instansiyalara çatdıracağıq”.
Şikayətçilər aidiyyatı qurumlardan Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini Azər Paşayev və onun adından istifadə edərək qanunsuz əməllər törədən Fikrət Paşayevlə bağlı qanun çərçivəsində ölçü götürülməsini xahiş edirlər.
Tarix: 7-09-2017, 15:48