Zaqatala RMX-da qanunsuzluq höküm sürür - Qanunsuz əmələrin saysız olduğu tibb ocağı

Zaqatala RMX-da qanunsuzluq höküm sürür - Qanunsuz əmələrin saysız olduğu tibb ocağı Zaqatala səhiyəsinin neqativ hallarını işıqlandırmaqdan boyun qaçıran media qurumlarının əsil siması...

2 ildir Zaqatala əhalisi səhiyyə məsələləri ilə bağlı böyük problemlər yaşadığı halda bunun aparıcı media qurumları tərəfindən işıqlandırılmaması rayon əhalisinin ümidsizlik yaratmaqdadır. Tərəfimizdən baş verən olayların mütamadi olaraq işıqlandırılması Zaqatala rayon əhalisi arasında BakuNews.az saytının əməkdaşlarına və rəhbərliyinə qarşı əhali tərəfindən rəğbət bəslənməkdədir.


Digər böyük dayaqlara sahib olan informasiya agentliklərini ittiham edən rayon əhli onların hüquqlarını məmur puluna satan bu tip medianın onlara gərək olmadığını qeyd edirlər. Bu gün RMX daxilində yaşı 65 ötmüş şəxsə nazirlik tərəfindən analogu görünməyən ştat açaraq baş tibb bacısı götürülürsə daha hansı səhiyyədən söhbət açmaq olar. Bu xəstəxana barəsində rəsmi agentliklərdə yalnız xəstə qəbulu ilə bağlı məlumatlar verilir, amma o xəstələrin xəstəxanada ölüb qalması agentlikləri maraqlandıran mövzu deyildir. Bu günlərdə “Apa” tərəfindən Faldar kənd sakinlərini it dişləməsi nəticəsində xəstəxanaya qəbulu barədə məlumat verildi. Amma bundan öncə həmin kəndin sakini olan şəkər diabeti ilə xəstəxanaya gələn şəxsin ölüsünü sahibinə verilməsindən bir kəlimə “apa”da məlumat verilmədi. Bunun isə səbəbləri aydındır ki, Zaqatala səhiyyəsi qarışıq bütün region xəstəxanaları bu informasiya agentlikləri ilə hesablaşmaq məcburiyyətindədir. Hesablaşmağı bacaran səhiyyə ocaqlarında baş verən cinayətlər mediada işıqlandırılmamaqdadır.
Aldığımız məlumata görə, Teymur həsənova töhmət verən baş həkim Məcid Əliyev ona Nübar həkimlə növbədə qalarkən qanunsuz əmələrinə görədə xəbərdarlıq edilib. Amma bu xəbərdarlığa baxmayaraq Nübar və Teymur yenədə öz əmələrinə davam etməkdədirlər.

Səhiyyə ocağının tibb bacısı (xanımın adı bizə məlumdur) xanım Azər həkimdən nazirliyə şikayət etdiyi məlum olub. Məsələ isə qanunsuz olan ştatla bağlıdır. Həmin ştat ki burda Sevil Əsgərova 65 yaşının tamam olmasına baxmayaraq vəzifə tutmaqdadır.
Bu günlərdə yenədə səhiyyə ocağında qalmaqala səbəb olan bir işçi var ki, onunda fəaliyyəti Leyla Seyidəliyevanın ona qarşı simpatiyasındanmı irəli gəlir yoxsa ki, şəxsi hesablaşmadanmı irəli gədiyin deyə bilməsəkdə, onu yaxşı bilir ki, cərahiyyə şöbəsində Leyla Seyidəliyevanın qara pullarını məhs Sevil Əsgərova heyata keçirirdi. Bakunews.az saytı olaraq xəstəxana şöbələrində tutulan dəftərlərin sürətini sizlərə göstərmişdik. Həmin qara pulların yığılma pullarını siyahısını məhz Sevil Əsgərova L.Seyidəliyevanın göstərişi əsasında etdiyi məlum olmuşdu. Və bu əmrləri icra etdiyindənmi ya pulunun çox olmasındanmı irəli gələn məsələdə onu elə yerə tibb bacısı təyin edib ki, kadrlar şöbəsində bu tipdə vəzifənin olduğu barədə heç bir məlumata rast gəlmək mümkün deyildir. Aldığımız məlumata görə, Sevil Əsgərova fevral ayında 65 yaşını tamam edərək işinə son verilməli olduğu halda L.Seyidəliyeva bunu etmək əvəzinə ona ehtiyac duyulduğunu göstərərək müqavilə ilə bir ildə işləməsini təmin edib. Amma qondarma yaratdığı vəzifəylə. Bu məsələyə yeni təyin edilən baş həkim isə heç bir addım ata bilmir. Leylanın qoyub getdiyi qaydaları qanuni hökümləri olmamasına baxmayaraq qanuni addımlar atmaqdan qorxan baş həkim nazirlikdəki qüvvələrin hədəfinə çevrilməkdən qorxur desək yanılmarıq. Apardığımız araşdırmalardan məlum olub ki heç bir xəstəxanada Cərrahiyyə şöbəsinin əməliyyat blokunda baş tibb bacısı adlı vəzifə olmadığı məlum olub. Anoloqu olmayan bu vəzifə yalnız Zaqatala səhiyyəsinə məxsus bir vəzifədir ki burada yalnız rüşvət və şəxsi maraqlar yolu ilə kimlərsə təyin edilir.

Ardı var.

Bakunews.az

Növbəti yazıda:


- Xəstəxanada kadr həkim çatışmazlığı olduğu halda niyə Nazirlik Zaqatala Mərkəzi xəstəxanasına həkim təyin etmir.?

- Səhiyyə ocağında tibb bacılarının texniki işçilərin çoxluğu nə ilə əlaqədardır...?

- Baş həkimin Səki şəhər xəstəxanasındakı əmələrini burda icra etməyəcəyinə və əmələrinin ört basdır edilməsinə yeni qurbanlar seçməyəcəyinə kimlər qarant durub...?
Tarix: 10-09-2017, 14:35
Xəbəri paylaş





Xəbər lenti