“Polat Yol Yapı” sərvətimizi dağıdır - Rüşvət yolu ilə
Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında tikilən Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkəti "Polat Yol Yapı” şirkəti Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar edir.Bu barədə MilliYol.az-a Ağcabədi rayon sakinlərindən daxil olan şikayət məktubunda iddia olunur ki, şirkət heç bir müqaviləsi olmadan və ödəniş etmədən, sadəcə Ağcabədi İcra Hakimiyyətinə rüşvət verməklə Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını istismar edir. MilliYol.az-a daxil olan məlumata görə hazırda Mingəçevir -Bəhrəmtəpə yolunu türk şirkəti olan "Polat Yol Yapı” şirkəti tərərfindən həyata keçirilir. Ağcabədi rayon sakinləri bildirir ki, "Polat Yol Yapı” şirkəti Qarqar çayının ətrafında bir neçə hektar karyer sahəsini heç bir rəsmi sənəd olmadan istimar edir və şirkətə məxsus olan ağır tonnajlı maşınlar burdan Beyləqana çınqıl və qumm daşımaqdadır.
Qeyd olunur ki, "Polat Yol Yapı” şirkəti dövlətin əlaqədar qurumları ilə ilə müqavilə bağlamaq əvəzinə, yerli icra hakimiyyətinə rüşvət verməklə işini həll edib və hazırda qeyri qanuni olaraq Ağcabədidə Azərbaycan xalqının mili sərvətini tarmar etməkdədir.
Ehtimal olunur ki, "Polat Yol Yapı” şirkəti bu yolla, yəni icra hakimiyyətinə iddia olunan rüşvəti verməklə, yol çəkilməsi üçün nəzərdə tutulan çınqıl və qumma ayrılan vəsaitləri mənimsəyir.
Qeyd edək ki, Mingəçevir -Bəhrəmtəpə yolu Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında Dünya İnkşaf Bankı və Asiya İnkşaf Bankının maliyyə dəstəyi ilə inşa olunur yolların yenidən tikilərək istifadəyə verilməsi sürətlə davam edir.
Saytımıza daxil olan məlumatda vurğulanır ki, "Polat Yol Yapı” şirkəti bir müddət əvvəl Beyləqan rayonu ərazisində icarəyə torpaq sahəsi götürmüşdü. Lakin hansısa bilinməyən səbəblərdən şirkət Beyləqandan Ağcabədiyə köçdü və buradan qum, çınqıl daşımağa başladı. Şirkətin dayanmadan taladığı yeraltı sərvətimiz üçüçn isə Ağcabədi rayon icra hakimiyyətinə külli miqdarda rüşvət verdiyi iddia olunur.
Aldığımız digər məlumatda vurğulanır ki, "Polat Yol Yapı” şirkətinin Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını istismar etməsindən Ekologiya və Təbii Sərvətlər Nazilriyinin, həmçinin Fövqalədə Hallar Nazirliyinin rəhbərliyinin xəbəri yoxdur, lakin təbii ki, bu nazirliklərin yerli nümayəndələri baş verənlərdən xəbərdardırlar.Ölkə qanunlarına görə yeraltı təbii sərvətlərin istisamrı yuxarıda qeyd etdiyimiz nazirliklərin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi və Fövqalədə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülür. Lakin hazırkı durumda bu baş verməyib və "Polat Yol Yapı” şirkəti sadəcə icra hakimiyyəti ilə "anlaşmağa” üstünlük verib.
Görünür ki, türk şirkəti asan qazanc yolunu tutub və ölkəmizdə qazandığı qazancdan dövlət büdcəsinə vəsiat köçürtmək niyyətində deyil. Buna isə təbii ki, yerli məməurlar şərait yaradır…
Yazıda adı keçən qurumların mövqyeini dərc etməyə hazırıq.
Tarix: 12-09-2017, 09:47