Xaçmazda yayılan infeksiya haradan qaynaqlanır?

Xaçmazda yayılan infeksiya haradan qaynaqlanır?
Müqəddəs Mehdiyev
Heç kim acınacaqlı duruma müdaxilə etmir

Artıq xeyli vaxtdır ki, Xaçmazda hansısa bir infeksiya tüğyan edir. Ola bilsin rəsmilər deyəcəklər ki, belə deyil. Lakin onların söylədikləri ağ yalandır. İnfeksiya Xaçmazda indi yox, iyul ayından dolaşır. Yoluxan adamlarda qusma, yüksək hərarət, ishal, ciddi halsızlıq və sair hallar müşahidə olunur. Rayonda yayılan şayiələrə görə, kanalizasiya çəkilişi zamanı bəzi xətlərdə çirkab suları içməli suya qarışıb. Bunun nə dərəcədə doğru olub-olmadığını bilmirik. Belə vəziyyət yaranan kimi tibb müəssisələri dərhal infeksiyanı yaradan səbəb kimi hava şəraitini, çiy suyu, fəsil dəyişməsini, müxtəlif qidaları, xüsusilə də, meyvə-tərəvəzi göstərirlər. Amma mən belə düşünmürəm. 21-ci əsrdə yaşayırıq.



Zəhərlənmədən fərqlənməyən bu infeksiyanın haradan qaynaqlandığını bilməmək və proflaktik tədbirlər görməmək ən azından rüsvayçılıqdır.

İnfeksiyaya yoluxmuş insanların dərdi bununla bitmir. Xaçmaz rayon mərkəzi xəstəxanasında adi “Ringer” məhlulu və ona qatmaq üçün lazımi dərmanlar yoxdur. Xəstə sahibləri əllərində siyahı ilə aptekləri gəzirlər. Bəzən gecə yarısı bağlı obyekti açdırmağa belə məcbur olurlar. İndi apteklərdə ən çox satılan “Ringer” məhluludur. Bunu şəxsən özüm müşahidə etmişəm. İş elə gətirib ki, infeksiyaya yoluxmuş bir neçə yaxın adamımı müalicə etdirmişəm. Söhbət həkimlərdən və tibb personalından getmir. Onlar bacardıqları köməyi göstərirlər. Bəs dövlət xəstəxanasına verilən dərmanlar hara gedir? Xaçmaz rayon mərkəzi xəstəxanasının və gigiyena və epidemologiya mərkəzinin rəhbərliyi hara baxır? Nəyə görə adamların xəstəliyə yoluxmasının qarşısı vaxtında alınmır? Mərkəzi xəstəxanaya verilən dərmanlar harada satılır?



Mövzuya qayıdacağıq.
Siam.az
Tarix: 13-09-2017, 22:14
Xəbəri paylaş





Xəbər lenti