Neftçala sakini : “İsmayıl Vəliyev dövlətə və xalqa qəsd edir”
Neftçala sakinindən icra başçısına qarşı ağır ittihamlar
“Tacik Yunus” və vergidən külli miqdarda yayınma; “Neftçala Sənaye Məhəlləsi”nin rəhbəri işçilərin maaşını mənimsəyib; İcra baqçısı əhalidən pay torpaqlarını zor gücünə alır; Neftçalanın iri müəssisələrinin əmlakı talan edilib...
Neftçala sakini Əhədov Əfsərağa İsa oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və digər vəzifəli şəxslərə ünvanladığı müraciətində Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə qarşı ağır ittihamlar səsləndirilib. MilliYol-ün elektron poçtuna da daxil olan həmin müraciətdə icra başçısı İsmayıl Vəliyev dövlətdən vergi yayındırmaqda, qohumbazlıq və korrupsiya əmələlərində, həmçinin pambıq əkmək adı altında fermerlərə aid olan əkin səhələrini zorla onlardan alaraq öz üçün digər kənd təsərrüfatı məhsulları əkməkdə ittiham edir.“Tacik Yunus” və vergidən külli miqdarda yayınmaMüraciətdə göstərilir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev davamlı olaraq yerli sahibkarları sıxışdırmış, bundan başqa Tacikistan vətəndaşı Yunus ıdlı şəxsi rayona gətirək ona geniş imkanlar yaratmış və “tacik Yunus” icra başçısının hamiliyndən istifadə edərək dövlətdən külli miqdarda vergi yayındıraraq ölkəni tərk edib. “Tacik Yunus”dan hazırda heç bir xəbər yoxdur və onun İsmayıl Vəliyevlə əlbir şəkildə külli miqdarda vergidən yayınması bütün rayonda danışılmaqdadır.
“Neftçala Sənaye Məhəlləsi”nin rəhbəri işçilərin maaşını mənimsəyibBundan başqa şikayətçi Əfsərağa Əhədov bildirir ki, ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Neftçalada qurulan “Neftçala Sənaye Məhəlləsi”nin rəhbərliynə öz qohumu Bayram adlı şəxsi gətirib. İcra başçısına arxayın olan Bayram adlı şəxs isə, çox böyük özbaşınalıqlara yol verib. Belə ki, “Neftçala Sənaye Məhəlləsi”nin rəhbəri olaraq Bayram işçilərin əmək haqqlarını mənimsəyib. İşçilər buna etiraz olaraq 102 xidmətinə zəng edib şikayət ediblər. “Neftçala Sənaye Məhəlləsi”nin rəhbəri ancaq bundan sonra işçilərin maaşını onlara qaytarıb. Lakin idarə müdiri bundan sonra daha böyük qanunsuzluğa yol verərək mənimsənilən maaşlarını geri almaq üçün 102 xidmətinə şikayət edən işçiləri qanunsuz olaraq işdən qovub. Və belə görünür ki, icra başçısının qohumu olan bu şəxs yerli əhalinin işlə təmin olunması üçün ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə qurulan “Neftçala Sənaye Məhəlləsi”ni özünün atadan qalma mülkü hesab edir. Əks təqdirdə “Neftçala Sənaye Məhəlləsi”nin rəhbəri özünü orta əsrlərin feodalı kimi apararaq, işçilərin maaşını mənimsəməz və daha sonra daha böyük özbaşınalığa yol verərək onları işdən qovmazdı.
İcra baqçısı əhalidən pay torpaqlarını zor gücünə alırŞikayət məktubunda bildirilir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev dövlət sifarişi ilə pambıq əkmək adı altında əhalinin pay torpaqların hektara 50 manat verməklə zorla onlardan alır. Həmçinin dövlət torpaqlarında 99 illik icarə əsasında fəaliyyət göstərən fermer təsərrüfatlarının torpaqlarını da fermerlərdən zorla alır. Bunun üçün qanusuz olaraq onların müqavilələrinə son verir. Həmin ərazilərdə isə pambıq əvəzinə kartof, bostan və taxıl məhsulları əkdirir. Halbuki kəndlilərdən və fermerlərdən torpaqları zorla alarkən bildirir ki, həimn əkin sahələrində dövlətin sifarişinə əsasən pambıq əkiləcək. İcra başçısı bütün bu torpaqları isə əvvələr “1 may” kolxozunun sədri işləmiş və rayonun böyük korrupsionerlərindən biri olaraq tanınan Əlihüseyn adlı şəxsə verib. Əlihüseyn isə öz növbəsində zorla ələ keçirilən torpaq sahələrəindən əldə olunan gəlirlərin böyü hissəsini İsmayıl Vəliyevə çatdırır.
Neftçalanın iri müəssisələrinin əmlakı talan edilibÖlkə prezidenti İlham Əliyevə ünvanlanan şikayət məktubunda şikayətçi Əfsərağa Əhədov daha sonra bildirir ki, İsmayıl Vəliyev əvvələlər 1500 nəfər işçisi olan Bankə Balıq Kombinatının və 300 nəfər işçisi olan Bankə Çəllək və Yeşik qayırma zavodunun və 500 nəfər işçisi olan Uzüunbabalı südçülük sovxozunun bütün əmlakını talan edərək satıb.
Şikayətdə qeyd olunur ki, İsmayıl Vəliyev harda azacıq gəlir gətirən sahə görürsə, həmin yeri zorla alıb öz adamına verir. Heç bir qanun tanımayan icra başçısının Neftçalanı açıq şəkildə talan etdiyi vurğulanır.\
Müraciətin sonunda ölkə prezidenti İlham Əliyevdən xahiş olunur ki, İsmayıl Vəliyevin dövlətə və xalqa qəsd edən fəaliyyətinin qarşısı alınsın.
Qeyd edək ki, şikayətlə bağıl Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mövqeyini öyrənməyə cəhd eləsək dəÖ buna nail ola bilmədik. Buna baxmayaraq, kifayət qədər ciddi olan ittihamlarla bağlı Neftçala rayon İcra Hakimiyyətinin başçısının mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Tarix: 15-09-2017, 22:33