Lənkəranda pul yarışı: Taleh Qaraşov və xanım müavini 150 minlik maşın aldı

Lənkəranda pul yarışı: Taleh Qaraşov və xanım müavini 150 minlik maşın aldı Lənkaranın icra başçısı Taleh Qaraşovun bahalı maşın alması ilə bağlı bağlı redaksiyaya məlumatlar daxil olub. Adının çəkilməyin istəməyən şəxs rayon rəhbərinin son aylar bahalı avtomobil və dəbdəbəli həyat həvəskarı olduğu bildirir. Mənbəmiz, icra başçısının günü – gündən böyük sərvətə sahib olması, ancaq koorrupsiya mexanizminin təzəhürü olduğunu bildirir.
Beləki, göndərilən məlumatda Lənkaranın icra başşısı özünə 150 min manata son model “Range Rover” avtomobili alıb. Daxil olan xəbərdə iddia olunur ki, uzun illərdi icra başçısı postunu tutan Taleh Qaraşovun bu illər ərzində, sahib olduğu bahalı malikanələr və obyektlərini nəzərə almasaq, aldığı 5-ci bahalı atomobildir. Öz biznesini Lənkaranda genişləndirən başçı, rayonunda ən bahalı obyektlərə sahib olması yerli sakinlər arasında təccüb belə doğurur. Mənbəmiz qeyd edir ki, icra başçısının , 2017-ci il buraxılşlı və 150 min manata aldığı maşının nömrəsi də çox bahalıdı. 10 UH 002 seryalı bu avtomobilin nömrsini rayon rəhbərinin yaxın dostu Müşviq Rəhimov hədiyyə edib. Məlumattda oda iddia olunur ki, Taleh Qaraşovun müavini də Rasilə Əliyev da prinsipə həmin avtomobilin ağ rəngindən, 120 min manata alıb. 90 EG 800 seryalı bu bahalı maşın rayonda dillər əzbərinə çevrilib.
Onuda bildirək ki, İcra başçısı T.Qaraşovun övladlarında da bahalı nömrələrlə “Range Rover” avtomobilidir. Bu barədə də geniş məlumat verməyə çalışacağıq(azerinews.org). Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 25-09-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti