Şəhid ailəsinin adından kimlər necə faydalanır? – Bu qədər də olmaz…

Şəhid ailəsinin adından kimlər necə faydalanır? – Bu qədər də olmaz… Əslində şəhid adının bizlər üçün nə qədər müqəddəs bir anlam daşıdığını kiməsə izah etməyə lüzum olmamalıdır. Amma görünəni odur, bəzilərinin cılız maraqları yenə də zəruri edir ki, bu adın toxunulmaz olduğunu, bu addan hansısa maraqlar naminə istifadənin yolverilməz olduğunu xatırladasn.
Gələk, girişdəki ifadənin işlədilməsini vacib edən olaya. Adını çəkməyəcəyimiz saytların birində iddia olunub ki, guya İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov 1992-ci ildə vətən torpaqlarını erməni işğalçılarından müdafiə edərkən şəhid olan Məmmədov Elşad Fazil oğlunun ailəsini incidir. Konkret iddia etdikləri isə odur ki, şəhid ailəsinin yaşadığı evi qazla təmin etmək istəmir. Buna səbəb guya icra başçısının adamlarının şəhid ailəsindən min manat pul tələb etməsidir.
Qeyd edək ki, bu iddia artıq bir neçə dəfə oxşar saytlar tərəfindən dövriyyəyə buraxılsa da, təsdiqini tapmayıb. Çünki elə verilən rəsmi məlumatlarda da açıq-aydın qeyd olunurdu ki, həmin şəhid ailəsinə elə İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİ tərəfindən ryonda mənzil tikilib və təhvil verilib. Amma narazı kimi təqdim olunan şəhid ailəsi indi də rayon kənarında – Topçu kəndində ev tikərək, ora qaz çəkilməsini istəyir. Təbii ki, hər kəs yaxşı bilir ki, ölkədə qaz çəkilməsilə icra hakimiyyəti yox, “Azəriqaz” məşğul olur və kimsə bunun əksini iddia da edə bilməz. Bu bir yalan.
Növbəti yalanda isə iddia olunur ki, guya ümumiyyətlə, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov şəhid ailəsinə “zülm etməklə” yanaşı həm də doğma kəndi Lahıcda 20 hektar sahəni də dəmir hasara alıbmış. Yəqin bu absurd iddianı irəli sürən saytın özü də bilmir ki, Lahıc kaəndinin ümumi ərazisi 8 hektardan artıq deyil. Və əgər absurd iddialarında sona qədər qalırlarsa, o zaman belə çıxır ki, Mirdamət Sadıqov bütöv kəndi və kəndin ətrafını dəmir hasara aldırıb. Bu iddiaya da gülməməkdən başqa yol qalmır…
İndi isə qayıdaq şəhid ailəsinin probleminə. Bununla bağlı DİA.AZ-a açıqlama verən yerli icra hakimiyyətinin səlahiyyətliləri bildirdilər ki, dəfələrlə şəhid ailəsini icra hakimiyyətinə dəvət etsələr də, onlar gəlməyiblər. Çünki onlara dəqiq şəkildə bildirilib ki, bu işə “Azəriqaz” baxır: “Hətta şəxsən başçının özü də “Azəriqaz”a müraciət edib. Nə edək? Bu bizim səlahiyyətimizdə deyil axı…”
Hər şey gün kimi ortadadır, cənablar. Amma burada daha çox ağrıdanı odur ki, kimlərsə MÜQƏDDƏS ŞƏHİD ADINI alver predmetinə çevirməyə çalışır… Bu isə ilk növbədə ƏN BÖYÜK GÜNAHDIR.
Tarix: 27-09-2017, 15:33
Xəbəri paylaş





Xəbər lenti