“Tovuz DYP işçisi 400 manatımızı alıb” - Video

“Tovuz DYP işçisi 400 manatımızı alıb” - Video Tovuzun Yuxarıkənd sakini Kamal Məmmədov Dövlət Yol Polisinin yerli şöbəsindən şikayət edir.
Onun sözlərinə görə, yol kənarında saxladığı maşınına 400 manat cərimə yazıblar və həbs qoyublar.
Həmin vaxt sürücü maşında olmayıb. K.Məmmədov ANAXEBER.Az - a bildirir ki, onun anasından 400 manat pul alıblar.
Şikayətçi Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və araşdırma aparıldığı deyilib. O, Tovuzda hərbi həkim işləyən qardaşı ilə ona təzyiq edildiyini bildirib.
Tarix: 28-09-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti