Sepratizmi dəstəkləyən Fizuli Tanrıverdiyev və icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdiribılər

Sepratizmi dəstəkləyən Fizuli Tanrıverdiyev və icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdiribılər Qardaşım Alıqulu İbrahimov 2 il əvvəl Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Fizuli Tanrıverdiyev tərəfindən feysbukda təhqir edilib. Qardaşım da şikayət etmək üçün İcra hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyətində Fizuli Tanrıverdiyevin PKK terror təşkilatını dəstəklədiyini dediyi üçün, Fizuli Tanrıverdiyevin şikayəti əsasında həbs edilir. Rayon icra hakimiyyətinin təzyiqi və Fizuli Tanrıverdiyevin şikayəti əsasında məhkəmənin qərarıyla qardaşımı qeyri- qanuni olaraq 10 gün müddətinə azadlıqdan məhrum edirlər. Qardaşım Alıqulu İbrahimov Laçın rayonu İcra başçısı Aqil Nəzərlinin və polis rəisinin qanunsuzluqları haqqında
dəfələrlə yuxarı idarələrə şikayət etdiyi üçün daim təzyiq altında olub. O bu barədə öz feysbuk səhifəsində dəfələrlə yazıb. İcra başçısı Aqil Nəzərli son günlər Fizuli Tanrıverdiyevin feysbukda seperatizmi dəstəkləyən paylaşımlarını saytlara göndərdiyini və ictimailəşdirdiyini zənn edərək qardaşımın şərlədərək həbs etdirib. Aqil Nəzərli bunun üçün Vağazin kənd icra nümayəndəsinin müavini Elbrus Məmmədovun qardaşı Məzahir Məmmədovun oğlanlarından istifadə edib. Qardaşım gecə atam gildən öz evinə qayıdarkın yolda Məzahir Məmmədovun oğlanları tərəfindən döyülüb. Daha sonra Taxtakörpü qəsəbəsində məktəbinin yanında Laçın polis şöbəsin də çalışan Rəftar adlı müavin və əməkdaşkarı tərəfind
ən saxlanılaraq telefonu əlindən alınıb. Telefonu bir gün sonra polis şöbəsindən ala bildik. Onun döyülməsinə və bacımın evindən qızıllar oğurlamaqlarına baxmayaraq qardaşımı həbs edib, Laçın rayonunun İcra başçısının tapşırığı ilə qurama məhkəmə iclası keçirildu. Qardaşımı yalançı şahidlərin ifadəsi ilə 1 ay müddətindən azadlıqdan məhkum ediblər. Mən burdan İlk öncə Azərbaycan Respublikasının prezidentinə, daha sonra isə ictimaiyyətinə səslənirəm ki, mənim qardaşım günahsızdır. Qardaşımın işlərini araşdırsınlar, görəcəklər ki, 2 əvvəl Fizuli Tanrıverdiyevin qərarıyla həbs edilib, indi də onun seperatçılığını ifşa etmə şübhəsi ilə Aqil Nəzərli tərəfindən həbs edilib.
Sepratizmi dəstəkləyən Fizuli Tanrıverdiyev və icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdiribılər

Mirzəli İbrahimov
Siam.az
Tarix: 29-09-2017, 08:19
Xəbəri paylaş





Xəbər lenti