Regionların problemleri başından aşır. Bərbad vəziyyətdə olan yollar, əkin sahələrinin suvarılması, Elektrik xəttlərinin qəzalı vəziyyətdə olması və.s. Gözdən uzaqdı deyə cavabdeh məmurlar daşı daş üstə atmağa, ya çöpü çöp üstə qoymağa nə həvəs göstərirlər nə də təşəbbüs. Burda "Dərə xəlvət, tülkü bəy!" prinsipi işləyir. Problemli insanların müraciətlərinə cavab vermirlər, versələr də nazsız olmur.Yəni ki, verdikləri cavab problemləri həll eləməyə kömək eləmir.Bir müddət öncə Miq.az-da Bərdə rayonunun Mehdili kənd İnzibati Ərazi Vahidinə daxil olan Qaradəmiçi kənd sakinlərinin əkin sahələrini suvara bilmədiklərinə və ərazidə suvarmadakı özbaşınalıqlarla bağlı yazı gedib. Yazıda kənd sakinlərinin Bərdə Suvarma Sistemləri İdarəsinin ünvanına qanunsuz əməllərə görə ciddi ittihamlar səsləndirilib. Mellorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəni də məktub yazaraq məsələylə bağlı məlumatlandırıblar.Yerdə ki işçilərinin özbaşınalıqlarından baş mellioratorun diqqətini çəkmək üçün yazıya başlıq " Xəbər Ə.Əhmədzadəyə çatsa..." qoymuşduq. Nə yazıq ki, adı çəkilən baş qurumdan gəlib , nə camaatdan şikayəti araşdıran oldu, nə də ki kimsədən söz soruşan. Poçtla Ə.Əhmədzadəyə göndərilən məktuba da cavab gəlmədi.Vətəndaşların müraciətlərinə cavab verilməsi haqqında qanun var. Müraciətlərə ya hə, ya yox. Cavab verilməlidir. Qanun məmurlara istənilən halda cavab yazmamağı qadağan edir. Deyək ki, xəbər Əhməd Əhmədzadəyə çatmayıb, ona görədə yerdəkilər bildiyin edir. Bəs baş idarəyə yazılan məktuba cavab vermirlərsə buna nə ad vermək olar.Ümummilli lider,prezidentimiz H.Əliyevin imzaladığı qanuna əməl etməməklə məmurlar bu cürəti hardan alırlar.Xülasə xəbər Ə.Əhmədzadəyə çatmadı.
Amma Qaradəmirçi kəndinin sakinlərindən yenə xəbər var. Kəndin elektrik xətləri bərbad gündədir. Gah ot maşını yanır,gah maşın elektrik xəttinə ilişib , dirəyi aşırır, gah adam ölümü baş verir. Kənd sakini İsrafil Paşayev haqlı olaraq narahat olub, həyəcan təbili çalır.Azərişıq ASC-nin sədri B.H.Rzayevə məktub yazaraq məlumat verib.
Məktubda deyilir: Bildirirəm ki, Bərdə rayon Mehdili Ərazi Vahidinin Qaradəmirçi kəndində işıq xəttləri sarıdan vəziyyət çox acınacaqlıdır.
Belə ki, elektrik xətləri ağacların arasından keçir. Bir az külək olan kimi işıqlar sönür.Günlərlə yanmır. Elektrik xətlərinin çoxu yerdən bir-iki metr hündürlüyə qədər aşağı yenib. Mən şəxsən bizim kəndə baxan Bəcirəvan yarımstansiyasının müdirinə şifahi olaraq müraciət etmişəm.Lakin, heç bir tədbir görmür. Bununla əlaqədar Bərdə Elektrik Şəbəkəsinin müdirinə məktubla müraciət etmişəm.( 08.09.2013).Yenə də heç bir xəbər- ətər yoxdur. Mənim evimə gedən Elektrik xətti qaz borusunun üzərinə yenib.Elektrik naqilinə toxunmağına təxminən 15-20 sm qalıb. Bunun nə qədər təhlükəli olduğu yəqin ki, Sizə də aydın olar. Yəqin ki, belə təhlükə yaradan xətlərə biganə olan və yarıtmaz işçilər haqqında tədbir görəcəksiniz. Yəqin ki, bizim kəndimizdə olan bu acınacaqlı və təhlükə yaradan elektrik xətləri təcili düzələcək. Bununla da törənə biləcək hər hansı bədbəxt hadisənin qarşısı alınacaq.
Qeyd edirəm ki, elektrik xəttinin aşağı olması səbəbindən ot aparan maşın , otla birlikdə tamamilə yanıb kül olması faktı olub. Dəfələrlə yük avtomaşınları elektrik xətlərini qırıb,kənd sakinləri işıqsız qalıb.
Yaxınlarda transformatorda elektrik ayrıcının olmaması səbəbindən adam ölməsi faktı olub. Bu hadisədən sonrada tədbir görülmür.Ən acınacaqlısı da budur.
Bildirirəm ki, cavabdeh şəxslərin bəziləri demək olar ki, hər gün bu kənddən keçirlər. Belə adamları necə adlandırmaq olar, Siz deyin.
Sizdən çox xahiş edirəm ki, bizim bu kənddə olan acınacaqlı vəziyyətin aradan qaldırılması üçün sərəncam verəsiniz.
Belə.Daha yazımıza ötən dəfəki kimi başlıq "xəbər B.H.Rzayevə çatsa" qoymuruq. Çatsada çatmasada yazdıq.Oxuyanlar oxusun.Oxumayanlara da danışsınlar.Bəlkə məsuliyyətsiz, laqeyd məmurların xəlvət bildiyi yerlərdə elədiklərinə görə tədbir görülə.
Tarix: 1-10-2017, 15:38