İcra başçısı Aqil Nəzərli jurnalistlərdən qaçdı

İcra başçısı Aqil Nəzərli jurnalistlərdən qaçdı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli İcra Hakimiyyətinin hüquq şöbəsinin rəhbəri Füzuli Tanrıverdiyevin taleyilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.
Çərşənbə axşamı F.Nəzərli demək olar ki, jurnalistlərdən qaçıb. Jurnalistlər ondan “niyə kürd separatçılarını dəstəkləyən şəxs dövlət qurumunda rəhbər vəzifədə oturur” sualına cavab tələb ediblər. Xatırladaq ki, F.Tanrıverdiyev Facebook səhifəsində İraqın şimalında kürd muxtariyyətinin yaradılmasını açıq şəkildə alqışlayıb.Azərbaycanın rəsmi orqanları bu görünməmiş hadisəyə heç bir reaksiya verməyiblər.
Xatırladaq ki, Azərbaycanın Laçın rayonu 1992-ci ilin mayından erməni işğalındadır.
Turan
Tarix: 4-10-2017, 20:24
Xəbəri paylaş





Xəbər lenti